Universitetdə xalça
sənətinə həsr
olunmuş seminar
Aprelin 9-da Azərbaycan Dövlət
Pedaqoji Universitetində
(ADPU) “Azərbaycan xalça
sənəti” adlı
elmi seminar keçirilib.
Universitetin “Təsviri
incəsənət və
OTM” kafedrasının təşkilatçılığı
ilə reallaşan seminarda məruzəçi
qismində sənətşünaslıq
üzrə elmlər doktoru, professor, Əməkdar
incəsənət xadimi
Kübra Əliyeva və xalçaçı
rəssam, sənətşünas,
ADPU-nun müəllimi Arzu
Zeynalova iştirak ediblər.
Seminarda xalq sənəti
olan toxuculuq, onun meydana gəlməsinin
səbəbləri və
inkişaf dövrü
barədə əhatəli
məlumat verilib.
Qeyd edilib ki, xalça
sənətimiz dövlətin
diqqət və qayğısı sayəsində
çiçəklənmə dövrünü yaşayır.
Xalça Muzeyinin yeni
binası, milli xalçaçılıq sənətinin
UNESCO-nun siyahısına daxil
edilməsi, bölgələrdə
xalça fabriklərinin
açılması, “Azərbaycan
xalçaçıları günü”nün (5 may) təsis
olunması buna bariz nümunədir.
Bildirilib ki, ADPU-nun “Təsviri incəsənət
və OTM” kafedrasında xalça sənəti
tədris olunur və gələcəyin
müəllimləri bu sənətlə
müəyyən səviyyədə tanışlıq
imkanı əldə etmiş olur. Orta məktəb
şagirdlərinin də xalça sənətini
öyrənmələri üçün
xüsusi məşğələlərin
keçirilməsinin əhəmiyyəti diqqətə
çatdırılıb.
Mədəniyyət.- 2018.- 13 aprel.- S.7.