“Bumeranq 2018” ilə ilk dəfə Qazaxıstanda
Tanınmış azərbaycanlı müğənni və bəstəkar Emin ilk dəfə Qazaxıstanda konsert verəcək.
O, “Bumeranq 2018” adlı
solo konsert proqramı ilə mayın 11-də Astanada “Qazaxıstan” mərkəzi konsert zalında, 12-də isə
Almatıda Respublika Sarayında çıxış
edəcək.
Konsert proqramına müğənninin sevilən məşhur hitləri ilə yanaşı, yeni kompozisiyaları da daxildir. Konsertdə ifaçını öz orkestri müşayiət edəcək.
Yeni
tura “Bumeranq 2018”
adı təsadüfi seçilməyib. Emin
bu proqramla indiyədək
olmadığı ölkələrə getməyi
planlaşdırır.
Mədəniyyət.- 2018.- 13 aprel.- S.8.