Tibbi turizm üzrə Alman-Azərbaycan
biznes forumu keçirilib
Bakıda tibbi turizm üzrə Alman-Azərbaycan
biznes forumu keçirilib. Tədbirdə iki ölkənin mütəxəssisləri, turizm
təmsilçiləri iştirak
ediblər.
Alman-Azərbaycan Xarici Ticarət
Palatasının icraçı
direktoru Tobias Baumann məlumat
verib ki, foruma Almaniyanın tibbi turizm üzrə
püxtələşmiş mütəxəssisləri qatılıb.
Tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfirliyinin
iqtisadi attaşesi Heyke Möckel deyib ki, iki
ölkə arasında
bu sahədə əməkdaşlıq üçün
çox geniş imkanlar var.
Alman-Azərbaycan Xarici Ticarət
Palatası İdarə
heyətinin üzvü
Malik Kərimov son 25 ildə Almaniyanın Azərbaycan səhiyyəsinə
çox böyük dəstək verdiyini bildirib.
Səhiyyə Nazirliyinin İctimai
Səhiyyə və İslahatlar Mərkəzinin
direktoru Ceyhun Məmmədov Azərbaycan
səhiyyə sahəsində
aparılan islahatlar, azərbaycanlı mütəxəssislər
tərəfindən həyata
keçirilən mürəkkəb
cərrahiyyə əməliyyatları
barədə danışıb.
Azərbaycan Sağlamlıq və
Termal Turizmə Dəstək Assosiasiyasının
sədri Ruslan Quliyev isə tibbi turizm üzrə
Almaniya və Azərbaycan arasında əməkdaşlıq imkanları
barədə danışıb.
Tədbirdə qonaq heyət təqdimatlarla çıxış
edib. Forum işgüzar görüşlərlə davam edib.
Mədəniyyət.- 2018.- 13 aprel.- S.9.