Azərbaycan ədəbiyyatı
Rusiya mətbuatında
Azərbaycan Tərcümə Mərkəzinin milli ədəbiyyatın beynəlxalq miqyasda tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi növbəti layihə olaraq Rusiyanın “Literaturnaya qazeta” nəşrində “Müasir Azərbaycan ədəbiyyatı” səhifəsi oxucuların görüşünə gəlib.
Qəzetin 11 aprel tarixli sayında Əli Kərimin “Qayıt”, “Daş”, “Analar ağlayır”, Vaqif Səmədoğlunun “Qaya”, “Şopen”, “Səhər açılır”, Ramiz Rövşənin “Göy üzü daş saxlamaz”, “Ay işığı”, Vaqif Bayatlının “Göy üzünə qalxan dəniz”, “Biz qəribik”, “Həyat davam edir” şeirlərinin dərc olunduğu qoşa səhifə “Baş verən şeirlər” ön sözü ilə təqdim edilir.
Ön
sözdə Rusiyanın geniş oxucu auditoriyasına təqdim olunan
bu ədəbi simaların hər birinin yaradıcılığı
ayrı-ayrılıqda və birlikdə Azərbaycan ədəbiyyatının
əlamətdar hadisəsi kimi qeyd edilir: “Bu
şairlərə populyarlıq qazandıran, ilk
növbədə, onların poetik
istedadının miqyası və potensial
imkanlarının genişliyi idi. Nəzərinizə təqdim edilən bu şeirləri oxuduqca,
istər-istəməz Yevgeni Yevtuşenkonun “Şeirlər yazılmır - baş verir” sözləri
yada düşür”.
Mədəniyyət.- 2018.- 13 aprel.- S.15.