İçərişəhərdəki muzeylərdə “açıq qapı” günü

 

   Aprelin 18-də Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “açıq qapı” günü elan edilib.

   İdarədən bildiriblər ki, “açıq qapı” günündə paytaxt sakinləri və şəhərimizin qonaqları İçərişəhərdə yerləşən Qız qalası, Şirvanşahlar sarayı, Sıratağlı dini-memarlıq kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, Bəylər məscidi, “Müqəddəs əmanətlər” ekspozisiyası, habelə “Qalaqoruğu ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-etnoqrafik muzey kompleksi, Əntiq əşyalar muzeyinin ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanı əldə edəcəklər.

 

Mədəniyyət.- 2018.- 18 aprel.- S.2.