Buktreyler festivalının
münsifləri məlum
olub
Mədəniyyət və Turizm
Nazirliyinin təşkilati
dəstəyi, Beynəlxalq
Muğam Mərkəzinin
tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” sloqanlı III Buktreyler festivalının münsiflər
heyətinin tərkibi
açıqlanıb.
Münsiflər heyətinə Xalq yazıçısı Çingiz Abdullayev, Xalq artisti Oqtay Mirqasımov, Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov, əməkdar artistlər Mehriban Zəki, Murad Dadaşov daxildir. Buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda qiymətləndiriləcək. Təşkilat komitəsi hər bir münsifin verdiyi qiyməti toplayaraq qalibləri müəyyənləşdirəcək. Layihənin müəllifi və rəhbəri kinoaktyor, prodüser Ruslan Sabirlidir.
Festival
kitab və mütaliənin cəmiyyətdə
təbliği, kino sahəsində
istedadlı və yaradıcı gənclərin üzə
çıxarılması, buktreylerlərin incəsənət
və biznesdə bir istiqamət kimi inkişaf etdirilməsi
məqsədilə keçirilir.
Mədəniyyət.- 2018.- 18
aprel.- S.2.