Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təltif edilib

 

 

   Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov 50 illik yubileyi münasibətilə nazirliyin fəxri fərmanı ilə təltif edilib.

   Aprelin 13-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fəxri fərmanı Zakir Sultanova təqdim edib, ona fəaliyyətində uğurlar arzulayıb.

   Zakir Sultanov 1968-ci ildə Bakı şəhərində anadan olub. Paytaxtdakı 6 nömrəli orta məktəbdə oxuyub. 1992-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İnşaat fakültəsini bitirib. Xətai Rayon İcra Hakimiyyətində, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq Şəhərsalma Müfəttişliyində, Müdafiə Nazirliyinin Mənzil istismar idarəsində müxtəlif vəzifələrdə işləyib.

   2006-2008-ci illərdə Mədəniyyət Turizm Nazirliyinin Bərpa-Tikinti, İnkişaf İnvestisiya Layihələrinin İdarə Olunması Agentliyinin direktoru, 2008-2014-cü illərdə nazirliyin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi vəzifəsində çalışıb.

   2014-cü ildən Mədəniyyət Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidmətinin rəisidir.

   Ölkəmizdə tikinti kompleksinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2014-cü il tarixli sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.

 

Mədəniyyət.- 2018.- 18 aprel.- S.4.