Musiqi saatı”nın qonaqları türkiyəli ifaçılar olub

 

   Azərbaycan Milli Konservatoriyasının növbəti “Musiqi saatı” türk xalq musiqisinə həsr olunub. Tədbirdə TRT İzmir Radiosunun musiqiçisi, “Dilsiz qaval metodu” dərsliyinin müəllifi Fedai Tekşahin qədim qaval, neybağlama alətlərində “Anadolu əzgiləri”ni səsləndirib. Türk Dünyası Xalq Çalğı Alətləri Orkestrinin üzvü Arif Azərtürk qədim laftada ifa edib.

   Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi musiqiçilərə təşəkkürünü bildirib, onların ifalarını yüksək qiymətləndirib.

   Fedai TekşahinDilsiz qaval metodu" kitabını Siyavuş Kərimiyə təqdim edib. “Musiqi saatı”nda konservatoriyanın müəllim və tələbələri, dəvət olunmuş qonaqlar iştirak ediblər.

Mədəniyyət.- 2018.- 18 aprel.- S.5.