Kitabxana turizm mövzusunda tədbir keçirib
Quba rayon Mərkəzi kitabxanasının oxuculara
xidmət şöbəsi
Quba Texniki təmayüllü liseyində
“Turizm yeni perspektivlər vəd edən inkişaf sahəsidir” adlı tədbir keçirib.
Tədbirdə Mərkəzi kitabxananın
şöbə müdiri
Mehriban Məmmədova,
lisey direktorunun müavini Nübar Qəniyeva mövzu ilə bağlı çıxış ediblər.
Qeyd olunub ki, Azərbaycanda
son illər turizm sürətlə inkişaf
edir, ölkəyə
gələn xarici qonaqların sayı artır, Bakıda və regionlarda turizmin inkişafı üçün müasir
infrastrukturun yaradılması
istiqamətində genişmiqyaslı
işlər görülür.
Mərkəzi kitabxananın əməkdaşı
Rübabə Hacıbəyova
“Quba - gəzməli, görməli diyar” adlı məruzəsində
bölgənin turistik
imkanları, tarixi-mədəni
irsi və təbii gözəllikləri
barədə söz açıb.
Mədəniyyət.- 2018.- 18 aprel.- S.11.