Gənc yazarın imza günü

 

 

   Aprelin 15-də “Azərkitab” Kitab Təbliği Mərkəzində gənc yazarssenarist Pərviz SeyidlininPişik qız” romanının imza və müzakirə günü keçirildi.

   Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxış edərək bildirdi ki, bu gün gəncliyin sözünü deməsi, yaradıcılığını nümayiş etdirməsi üçün geniş imkanlar var. Pərviz Seyidlinin şeir, hekayə və romanları haqqında danışan İlqar Fəhmi vurğuladı ki, müəllifin dünyagörüşü Azərbaycan gəncinin bugünkü ədəbi mühitdə rolunu ifadə edir. Yazarın hekayə və şeirləri mütəmadi olaraqUlduz” və “Azərbaycan” jurnallarında, “Ədəbiyyat qəzeti”ndə çap edilir.

   “Azərkitab”ın direktoru Misirxan Həsənov mərkəzdə gənc yazarların əsərlərinin təqdimatı üçün yaradılan şərait haqqında danışdı.

   Yazıçı Kənan Hacı “Pişik qız” romanı haqqında fikirlərini bölüşdü. Bildirdi ki, birinci şəxsin dilində yazılmış əsər tələbələrin həyat tərzindən bəhs edir. Onun obrazları yeni əsrin gəncləridir və onların zövqləri, dünyaya baxışı, yaşam tərzi də tamamilə fərqlidir.

   Sonra müəllif “Filadelfokitab təbliğat klubunun fəal oxucularının romanla bağlı suallarını cavablandırdı.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2018.- 18 aprel.- S.15.