Fotolardan boylanan tarix və dəb
meyilləri
Tbilisidəki Mirzə Fətəli Axundzadə adına
Azərbaycan Mədəniyyət
Muzeyi və Azərbaycanda fəaliyyət
göstərən İnisiativ
Kuratorlar Birliyi
(İCU) maraqlı layihə
ərsəyə gətirib.
Aprelin 20-dən 26-dək muzeydə
"Zaman içində
defilə: Azərbaycanda
qadın dəbi meyarları" sərgisi
keçiriləcək. Muzeyə
təşrif buyuranlar
fotoqraf Rüstəm Hüseynovun Azərbaycanın
ənənəvi qadın
geyimlərinə həsr
olunmuş fotoportretlərdən
ibarət sərgisi ilə tanış
ola biləcəklər.
Sərginin kuratoru Könül
Rəfiyevanın dediyinə
görə, layihənin
konsepsiyası ölkəmizdə
qadın geyim dəbinin inkişaf tarixini göstərməkdən
ibarətdir.
Sərgidə Azərbaycanın ayrı-ayrı regionlarına
məxsus milli geyimlərin nümayiş
etdirildiyi 25 fotoportret yer alacaq. Gözəl Azərbaycan qızlarının
geyindiyi həmin libaslar geyim kolleksiyaçısı və
dizayneri Natəvan Əliyevanın şəxsi
tarixi geyim kolleksiyasındandır. Müxtəlif tarixi dövrlərə məxsus həmin geyimlərin yenidən konstruksiyasını yalnız
çox dar mütəxəssis çevrəsinə
məlum olan milli-mədəni irsin yaşadılması və
təbliği, milli obrazların kütləvi
tanıtım mərhələsi
hesab etmək olar.
Foto ustası Rüstəm
Hüseynov öz portretlərində Azərbaycan
qadınlarının yaş
və sosial təbəqə fərqlərini
göstərən ənənəvi
baş örpək və geyimlərinə xüsusi diqqət yetirib.
Sərginin açılışında Natəvan Əliyevanın
müasir gündəlik
geyim tərzinə etno-stil elementlərinin üzvi surətdə daxil edilməsini əsaslandıran "Neo Classic Love" geyim kolleksiyası da nümayiş olunacaq.
G.Mirməmməd
Mədəniyyət.- 2018.- 18 aprel.- S.16.