Ecazkar caz bu dəfə Milli Konservatoriyada səsləndi

 

 

   Aprelin 18-də Azərbaycan Milli KonservatoriyasındaBakuba Band” etno-caz qrupunun "Latino Proyekt" adlı konsert proqramı təqdim edildi.

   Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi konsertdən əvvəl çıxış edərək musiqiçiləri təhsil ocağının səhnəsində görməyindən məmnunluğunu ifadə etdi. Rektor bu cür konsertlərin həm tələbələr, həm müəllimlər üçün sənət mübadiləsi baxımından əhəmiyyətli olduğunu dedi.

   Əməkdar artist Tofiq Cabbarovun bədii rəhbəri olduğuBakuba Band” qrupunun ifasında konsertin birinci hissəsində Azərbaycan bəstəkar xalq musiqilərinin caz sintezi, ikinci hissəsində isə xarici bəstəkarların əsərləri təqdim edildi.

   Konsert boyu ənənəvi cazın bütün üslublarını eşitmək mümkün idi. Düşündürən məqam isə bu idi ki, bir əsr yaşı olmasına baxmayaraq, bu ecazkar musiqi cazibəsini, əhəmiyyətini əsla itirməyib, əksinə, yeni-yeni nəsilləri getdikcə daha artıq özünə cəlb etməkdədir. Gənclərdən ibarət qrupun - Afşin Əlizadə (piano), Nicat Paşazadə (bas gitara), Firudin Həmidov (truba), Nicat Aslanov (piano), Həsən Bilalov (zərb alətləri), Sona Ələsgərova (vokal) Məlik Ramizin (vokal) şövqlə ifası, musiqiyə yanaşması isə insanı yalnız valeh edə bilərdi.

   Konsert proqramından sonra təəssüratlarını bölüşən bədii rəhbər bildirdi ki, bu gün təqdim etdiyimiz birsaatlıq proqram əslində iki saatdan da artıq konsertin bir hissəsi idi: “Çalışdıq ki, yığcam şəkildə izləyicilərimizin qarşısına çıxaq. Azərbaycan xarici musiqilərdən ibarət bu proqramla ötən il keçirdiyimiz konsert böyük maraqla qarşılanmışdı. Qrupumuzun üzvləri alitəhsilli, cavan musiqiçilərdən ibarətdir. Sonda səslənən alqışlar gənclərin qədər məsuliyyətli çıxış etdiyinə sübutdur”.

   Mədəniyyət.- 2018.- 20 aprel.- S.4.