Leyla Əliyevanın kitabı Tehranda çap edilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Dünya yuxutək əriyir...” şeirlər kitabı Tehran şəhərində fars dilində çapdan çıxıb. Kitab “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin “Azərbaycan ədəbiyyatını dünyada tanıdaq!” devizi altında həyata keçirdiyi layihə çərçivəsində Tehranın “Mobini-Əndişə” yayım evi tərəfindən nəfis tərtibatda nəşr edilib.
“Azərbaycan ədəbiyyatını dünyada tanıdaq!” layihəsi üzrə indiyədək İranda və Türkiyədə böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin “Peyğəmbər”, “Topal Teymur”, “Şeyx Sənan”, “Maral” əsərləri, “Cavid xəzinəsindən” adlı toplu oxuculara təqdim edilib.
“Dünya yuxutək əriyir...”
kitabındakı şeirlər fars dilinə
tanınmış tərcüməçi-şair Əkbər
Əlyar Həmidi və şairə,
yazıçı-publisist Süsən Nəvadə Rəzi tərəfindən
tərcümə olunub.
Mədəniyyət.- 2018.- 20
aprel.- S.5.