Yubilyar bəstəkarın müəllif konserti

 

   Aprelin 17-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda tanınmış bəstəkar, pedaqoq Rəna Qədimovanın 60 illik yubileyinə həsr olunan müəllif konserti keçirildi.

   Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə yubilyarı təbrik etdi, yeni yaradıcılıq uğurları arzuladı. Sənətkarın musiqi mədəniyyətimizə verdiyi töhfələrdən danışan Firəngiz xanım bildirdi ki, Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə bitirən Rəna Qədimova zəngin yaradıcılıq yolu keçib. Müxtəlif musiqi janrlarında əsərlər yazıb. Özünəməxsus fərdi üslubu, milli koloriti ilə seçilən əsərlər müəllifi olan bəstəkarın yaradıcılığında vokal, kamera-instrumental əsərləri üstünlük təşkil edir. OnunVokaliz”, “Dirçəliş” və s. əsərləri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən xor əsərləri və nəfəs alətləri üçün əsərlər müsabiqəsində mükafata layiq görülüb. Son illər bəstəkarın xororkestr üçün yazdığı “Sarı gəlin” balladası musiqisevərlər tərəfindən maraqla qarşılanıb.

   Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova musiqiçinin yaradıcılığı, üslubunun özünəməxsusluğu barədə tədbir iştirakçılarına məlumat verdi. O, Rəna Qədimovanın “Sarı gəlin” balladası haqqında söz açaraq qeyd etdi ki, “Sarı gəlin” Azərbaycan xalq mahnısı musiqi mədəniyyətimizin parlaq nümunələrindən biridir. Bu mahnı son zamanlar bir sıra xanəndələrlə yanaşı, estrada müğənnilərinin də repertuarında yer alır. Bəstəkar bu mahnıya müraciət edərək maraqlı bir əsər yaratmağa müvəffəq olub.

   Çıxışlardan sonra tədbir konsert proqramı ilə davam etdi. Konsertdə bəstəkarın piano üçün “2 prelüd: e-moll”, “Qara qafiyə”, faqot piano üçünDialoq”, piano üçün ikili fuqa - “Vida”, “Bilmirəmvokal silsiləsi, “Nöqtələr digər əsərləri səsləndirildi.

  

   Savalan Fərəcov

Mədəniyyət.- 2018.- 20 aprel.- S.6.