Anarın yubileyi
“Türk dünyasının mədəniyyət
paytaxtı”nda qeyd edilib
Xalq yazıçısı, görkəmli ictimai xadim və ədib, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 80 illik yubileyi münasibətilə daha bir tədbir 2018-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” seçilmiş Türkiyənin Kastamonu şəhərində keçirilib.
Kastamonuda Türk dünyasının ədəbiyyat dərgilərinin IX konfransının açılışında çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qazaxıstan Yazıçılar İttifaqının sədri Uluğbek Esdevlet, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu və başqaları Anarın yaradıcılığının bütün Türk dünyasının ortaq dəyəri olduğunu bildiriblər. Çıxış edənlər yubilyarın həyatının müxtəlif məqamlarından və zəngin yaradıcılığından söz açıblar.
Sonra Anara TÜRKSOY-un “Şərəf” medalı təqdim edilib.
Yubilyar göstərilən diqqət və ehtirama görə təşkilatçılara və iştirakçılara, bütün oxucularına səmimi minnətdarlığını bildirib.
Tədbir iştirakçıları Kastamonu valisi Yaşar Qaradəniz ilə görüşüblər. Görüşdə Anarın türk ədəbiyyatının inkişafındakı xidmətlərindən bəhs olunub və onun yaradıcılığı yüksək qiymətləndirilib.
Mədəniyyət.- 2018.- 20 aprel.- S.8.