Mərakeşin musiqi qrupu muzeyin qonağı olub

 

   Mərakeşli ifaçı Maalem Xoussam Quinia öz qrupu ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin qonağı olub.

   Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova qonaqlara muzey haqqında məlumat verib, bu cür sənət görüşlərinin önəmini qeyd edib.

   Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş iki ölkə arasında əlaqələrdən danışıb. Son illər əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışan diplomat konsert proqramının bu qəbildən olduğunu söyləyib.

   Konsertdə Mərakeşin mədəni irsinin əsas istiqamətlərindən olan Qnava üslubunda ifalar təqdim olunub. Afrika, əsasən də Mərakeş folkloruna aid bu ənənəvi musiqi qitənin qəbilələrinin mətn, mahnı və rəqslərindən ibarət kompozisiyalarıdır.

   Bu musiqi ənənəsini beynəlxalq səviyyəyə “Led Zeppelinqrupundan olan məşhur ifaçılar Cimmi PeycRobert Plant, bəstəkar Adam Rudolf, caz pianoçusu və bəstəkar Rendi Veston, bas-gitaraçı Bill Lasvel çıxarıb. Bu ilİnnov QnavaqrupuQremmi” mükafatının Ən yaxşı rəqs nominasiyasına layiq görülüb. Mərakeşin Essauriya şəhərində hər il Qnava Beynəlxalq musiqi festivalı keçirilir.

Mədəniyyət.- 2018.- 20 aprel.- S.8.