Xalq qəhrəmanı Babəkin obrazı kompüter
qrafikalı film layihəsində
Aprelin 18-də Nizami Kino Mərkəzində çəkilişi 2019-cu ildə planlaşdırılan “Babək 2020” filmi ilə bağlı təqdimat keçirildi. Film yeni təsis edilən “Azərbaycan Film Akademiyası” tərəfindən istehsal olunacaq.
Filmin
quruluşçu rejissoru
Zaur Tahirsoy bildirdi ki, 40 il əvvəl “Azərbaycanfilm” kinostudiyası
tərəfindən lentə alınan “Babək” filminin müasir dövrdə
yeni variantını yaratmaq
fikrindədirlər. Eyni zamanda məqsədimiz
“Made in Azerbaijan” brendini film sahəsində də yaratmaqdır. “Babək
2020” filmi yeni qrafika ilə yanaşı ssenari baxımından da müstəqil Azərbaycan
dövlətinin ideologiyasını
özündə əks
etdirəcək.
Filmin geyim rəssamı
Əməkdar incəsənət
xadimi, modelyer Fəxriyyə Xələfova,
art direktoru Türkiyədə
“Diriliş Ertuğrul”
“Birleşen gönüller”,
“Göçebe” və
bir çox tarixi filmlərdə quruluşçu rəssam
kimi fəaliyyət göstərmiş Mustafa Ziya
Ülkenciler olacaq.
Epik janrda olan “Babək
2020” filminin döyüş
səhnələrini məşhur
Rusiya və Hollivud filmlərində çalışan Qazaxıstanın
“Nomad Stunts” kaskadyor komandası
icra edəcək.
Mətbuat konfransında vurğulandı
ki, Azərbaycan tarixini dünyaya çatdıracaq potensialda
olacaq bu film müasir kinonun bütün tələblərinə
cavab verəcək.
Hazırda tarixçilərlə
məsləhətləşmələr və ssenari üzərində iş gedir. Həmçinin vurğulandı ki,
lentə alınacaq filmin bədii rəhbəri kimi layihəyə 1979-cu ildə
çəkilən “Babək”
filminin rejissoru, Xalq artisti Eldar
Quliyev dəvət olunacaq.
L.Azəri
Mədəniyyət.- 2018.- 20 aprel.- S.10.