Gədəbəy Aşıq
Məktəbində "İsgəndərin
sorağında" filminin nümayişi
Milli Qəhrəman İsgəndər Aznaurova həsr edilmiş "İsgəndərin sorağında" sənədli filmi Gədəbəy Aşıq Məktəbində nümayiş olunub.
Gədəbəy rayonunun Ermənistan silahlı qüvvələrinin hücumlarından qorunmasında igidlik göstərən İsgəndər Aznaurov 25 il öncə, 1993-cü ilin 18 aprelində bu torpaqda şəhidlik zirvəsinə ucalıb.
Tədbirdə Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Əliyev, Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə, filmin ssenari müəllifi və rejissoru, Əməkdar incəsənət xadimi Nizami Abbas, Milli Qəhrəmanın döyüş yoldaşları Məzahir Hüseynov, Qəzənfər Həsənov və Kərəm Nəbiyev çıxış ediblər. Torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəmanlarımızın cəmiyyətə daha yaxından tanıdılmasında, xüsusən gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında bu cür filmlərin əhəmiyyəti vurğulanıb.
Dövlət sifarişi ilə “Yaddaş”
studiyasında “Azərbaycanın Milli Qəhrəmanları”
silsiləsindən çəkilən sənədli film tamaşaçılar tərəfindən
böyük maraqla
qarşılanıb.
Mədəniyyət.- 2018.- 20 aprel.- S.11.