Külək - yeni
nağıl qəhrəmanı
Son dövrlərdə, bütün dünyada olduğu kimi, Azərbaycanda da uşaq ədəbiyyatı mistik və fentezi janrına meyillənir. Bu isə təbii olaraq, ədəbiyyatda yeni obrazların yaranması deməkdir. Gənc yazıçı, “ASAN Könüllülük” məktəbinin məzunu olan Xülya Cəfərovanın ilk kitabı olan “Külək - Yel kürəsinin şahzadəsi” ilk milli superqəhrəmanlar haqqındadır.
Yel kürəsinin şahzadəsi olan Külək planetimizi şər qüvvələrdən necə xilas edəcəyini öyrənir. Bu işdə ona xeyirxah dostları - özü kimi balaca əkiz bacılar kömək edirlər. Külək və dostlarının başına gələn qəribə və həyəcan dolu hadisələrin çoxu Yanardağda, Atəşgahda, Qız qalasında cərəyan edir.
“TEAS Press” Nəşriyyat evi tərəfindən “3 alma” əmtəə nişanı ilə nəşr olunan kitab tezliklə balaca oxuculara təqdim olunacaq.
Mədəniyyət.- 2018.- 20 aprel.- S.15.