Hüseyn Cavidə həsr olunmuş bədii
qiraət müsabiqəsi
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələr və şagirdlər arasında böyük şair və dramaturq Hüseyn Cavidə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib. Tədbirdə Bakı şəhəri 245 nömrəli orta məktəbin şagirdləri iştirak ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbirin ölkə başçısının Hüseyn Cavidin 135 illik yubileyi haqqında sərəncamına əsasən təşkil olunduğunu bildirib. Rektor ədibin bütün yaradıcı fəaliyyətinin Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan ibarət olduğunu deyib.
Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov şair və dramaturqun həyat və fəaliyyətindən ətraflı danışıb.
AMEA-nın müxbir üzvü Vəli Əliyev, bədii qiraət ustası, Əməkdar artist Ağalar Bayramov universitetdə Hüseyn Cavidin xatirəsinin anılmasını yüksək dəyərləndiriblər.
Bədii qiraət
müsabiqəsində tələbələr və şagirdlər
Cavidin şeirlərindən nümunələr
səsləndirib, sözlərinə yazılmış
mahnıları ifa ediblər.
Mədəniyyət.- 2018.- 20 aprel.- S.15.