Çinli rəssamın Bakıya gətirdiyi "Unikallıq"
Aprelin 17-də Heydər Əliyev Mərkəzində müasir Çin incəsənətinin tanınmış nümayəndəsi, rəssam Vanq Yuyanqın (Wang Yuyang) "Unikallıq" adlı fərdi sərgisi açılıb. Mərasimdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Çinin Azərbaycandakı səfiri Vey Cinhua, rəssam Vanq Yuyanq və kolleksiyaçı Con Dodeland çıxış ediblər.
Vurğulanıb ki, Vanq Yuyanq əsərlərini yeni informasiya-kommunikasiya vasitələri ilə yaradır. Onların unikallığı incəsənət və elmi bir araya gətirməsindədir. Rəssamın əsərlərində elm, incəsənət və poeziya öz əksini tapıb.
Sərgidə təqdim edilən əsas eksponatın - "Unikallıq" (Singularity) əsərinin diametri 4 metrdir. Konstruksiya 300 addım mühərriki və 3000 LED lampadan ibarətdir. Əsərin kürə forması müxtəlif radiuslu 11 halqa vasitəsilə yaradılıb. "Təkərli" addım mühərrikləri fərqli sürətlərdə fərqli istiqamətlərə dönərkən LED lampalar müxtəlif vizual effektlər ortaya çıxarır. “Unikallıq” əsərinin işıqları yandırılıb və tamaşaçılar tərəfindən maraqla izlənilib.
Sərgidə, həmçinin rəssamın "Elektrik", "Adsız-1" silsiləsindən heykəltəraşlıq nümunələri, "Ay" silsiləsindən rəsm əsərləri nümayiş olunur.
Vanq Yuyanq 1979-cu ildə Çində anadan olub. Çinin Mərkəzi İncəsənət
Akademiyası və Mərkəzi Dram Akademiyasında
təhsil alıb.
Hazırda Pekində Mərkəzi
İncəsənət Akademiyasının
Eksperimental incəsənət
məktəbində dərs
deyir. Əsərləri
Çin, Böyük
Britaniya, Cənubi Koreya, Tailand, Avstriya, Avstraliya, İtaliya və ABŞ-da fərdi və
birgə sərgilərdə
nümayiş olunub.
"Unikallıq"
sərgisi Heydər Əliyev Mərkəzində
avqustun 31-dək davam edəcək.
Mədəniyyət.- 2018.- 20 aprel.- S.16.