Azərbaycan, Türkiyə və Yunanıstan ifaçılarının birgə konserti

 

 

   İstanbulda Azərbaycanın, Türkiyənin və Yunanıstanın tanınmış incəsənət ustalarının birgə konserti olub. Camal Rəşid Rey salonunda keçirilən konsertdə Azərbaycanı Əməkdar artist Fərqanə Qasımova, Türkiyəni Mehtap Demir, Yunanıstanı isə Sofiya Papazoqlou təmsil ediblər.

   Onlar mahnıları ana dillərində - Azərbaycan, türkyunan dillərində ifa ediblər. Bütün ifalar, o cümlədən üç dildə oxunan “Sarı gəlin” tamaşaçıların hərarətli alqışları ilə qarşılanıb.

 

Mədəniyyət.- 2018.- 20 aprel.- S.16.