Azərbaycan təmsilçisi San-Remo müsabiqəsində üçüncü yeri tutub

 

   “Tell Me Whymahnısı Qarabağ müharibəsi qurbanlarına ithaf olunub

  

   Aprelin 16-dan 22-dək İtaliyanın San-Remo şəhərindəki məşhurTeatro Ariston” konsert zalında keçirilmiş gənc istedadların 20-ci “San-Remo Junior” beynəlxalq musiqi müsabiqəsində ölkəmiz təmsil olunub.

   Bakı şəhəri T.Quliyev adına 12 nömrəli onbirillik Uşaq musiqi məktəbinin Bakı Oksford məktəbinin şagirdi, Prezident təqaüdçüsü 12 yaşlı Fidan Hüseynova müsabiqədə uğurla çıxış edərək üçüncü yerə layiq görülüb.

   Ölkəmizin bu mötəbər yarışmada iştirakı İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Milan Konservatoriyasının müəllimi Mais Nuriyevin təklifi əsasında baş tutub. Fidan Hüseynova Əsir itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşəbbüsü, Azərbaycan Dövlət Akademik Filarmoniyasının köməyi ilə gənc istedad kimi seçilərək müsabiqəyə göndərilib.

   Təmsilçimizin ifa etdiyiTell Me Why” mahnısı müharibələrin günahsız qurbanları, həmçinin Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş, valideynlərini itirmiş, əlil olmuş uşaqlara həsr olunmuş videokompozisiya ilə müşayiət edilibgeniş rezonans doğurub.

 

Mədəniyyət.- 2018.- 25 aprel.- S.3.