Cümhuriyyətin süqutunun səbəbləri mövzusunda seminar

 

   AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və Nəriman Nərimanov” mövzusunda seminar keçirilib.

   Tədbirdə Azərbaycan Dillər Universitetinin tələbələri və H.Mahmudbəyov adına 2 nömrəli Texniki-humanitar elmlər liseyinin şagirdləri iştirak ediblər.

   Seminarda muzeyin elmi işçisi Zülfiyyə Cəlilovanın “Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində fraksiyalar”, tarix üzrə fəlsəfə doktorları Bəhmən Kərimovun “Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun daxili səbəbləri”, Fuad Ağayevin “Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun xarici səbəbləri” mövzularında məruzələri dinlənilib.

   Məruzələrdə Cümhuriyyətin daxilixarici siyasəti, AXC parlamenti və hökuməti, dövlətə olan təhdidlər haqqında ətraflı məlumat verilib.

 

Mədəniyyət.- 2018.- 25 aprel.- S.3.