Azərbaycan mədəniyyət
tarixinin problemləri əlyazmalarda
Ənənəvi
konfrans azərbaycanlıların
soyqırımının 100 illiyinə həsr olunub
Aprelin 24-də
AMEA-nın Məhəmməd
Füzuli adına
Əlyazmalar İnstitutunda
“Azərbaycan mədəniyyət
tarixinin problemləri əlyazmalarda” mövzusunda
XVI respublika elmi-nəzəri
konfransı keçirilib.
İnstitutun direktoru, akademik
Teymur Kərimli konfransın ölkə başçısının “1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyi haqqında” sərəncamına əsasən
təşkil edildiyini
bildirib. Akademik XX əsrdə
ermənilər tərəfindən
azərbaycanlılara qarşı
həyata keçirilən
deportasiya və etnik təmizləmə siyasətindən, soyqırımlarından
söz açıb.
Plenar iclasda çıxış
edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ermənilərin zaman-zaman
xalqımızın başına
gətirdikləri müsibətlər,
soyqırımları, Xocalı
faciəsi, Dağlıq
Qarabağ münaqişəsində
mənfur qonşularımızın
törətdikləri vəhşiliklər
və digər məsələlərə siyasi
qiymət verilməsi ilə yanaşı, elmi qiymətin də verilməsinin vacibliyini vurğulayıb.
Bu məsələlərə
ilk dəfə obyektiv
siyasi-hüquqi qiymətin
ulu öndər Heydər Əliyev tərəfindən verildiyi
diqqətə çatdırılıb.
Bildirilib ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı
və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların
soyqırımı haqqında”
fərmana əsasən
martın 31-i “Azərbaycanlıların
soyqırımı günü”
elan edilib. Bundan sonra həmin tarixin öyrənilməsi
istiqamətində mühüm
işlər görülüb,
çoxlu əsərlər
yazılıb. Akademik Prezident
İlham Əliyevin
“1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyi haqqında” sərəncamından irəli
gələn vəzifələrdən
də bəhs edib.
Sonra professorlar Aybəniz Əliyeva-Kəngərlinin “Erməni vandalizmi”, Paşa Kərimovun “1918-ci ilin mart hadisələri sənədlərdə (Əlyazmalar İnstitutunun materialları əsasında)”, Gülbəniz Babaxanlının “Erməni terroru, yaxud M.S.Ordubadinin “Vətən fəryadnaməsi”, Kamandar Şərifovun “Məhv edilmiş kitabxana”, Nailə Səmədovanın “Qanlı hadisələrin xatirələrdə əksi”, dosent Əzizağa Nəcəfovun “Mirzə Ağadadaş Münirinin “Bahar ağlayışı” şeirində mart soyqırımı faktları” mövzularında məruzələri dinlənilib.
Konfrans işini bölmələrdə
davam etdirib.
Mədəniyyət.- 2018.- 25 aprel.- S.4.