Avtoportret” - rəssam ömrünün ekranda əksi

 

   Sənədli film tanınmış fırça ustası Əyyub Hüseynovun ömür sənət yoluna həsr olunub

  

   Aprelin 20-də Nizami Kino MərkəzindəAvtoportretsənədli filminin təqdimatı keçirildi. Mədəniyyət Nazirliyinin sifarişi iləDublyajstudiyasında istehsal olunan ekran əsəri görkəmli rəssam, Əməkdar incəsənət xadimi Əyyub Hüseynovun (1916-1998) həyat yaradıcılıq yolundan bəhs edir.

   Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Ədalət Vəliyev XX əsr Azərbaycan təsviri sənətinin inkişafında böyük xidmətləri olan rəssamın həyat yaradıcılığı haqqında ətraflı söz açdı. Bildirdi ki, fırça ustası Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deyib 1956-1965-ci illərdə təhsil ocağının direktoru işləyib. Bu təhsil ocağında təkcə ölkəmizdə deyil, dünyaca məşhur rəssamlarımızın bir çoxu Əyyub müəllimdən dərs alıb. Sənətkarın 90 100 illik yubileyləri nazirlik tərəfindən qeyd olunub, fərdi sərgiləri təşkil edilib.

   Filmin əhəmiyyətindən danışan Ədalət Vəliyev qeyd etdi ki, sənət adamlarının həyat yoluna həsr edilən ekran əsərləri yaradıcı şəxsiyyətlərin xatirəsinə ehtiramla yanaşı, dövlətin mədəniyyətimizə diqqətinin göstəricisidir. Belə filmlər gələcək nəsil üçün bir tarixdir. Vurğulandı ki, Ə.Hüseynovun sənəti tələbələrinin, ən başlıcası isə, iki oğlunun örnəyində davam etdirilir.

   Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Ə.Hüseynovun müəllim kimi gözəl keyfiyyətlərindən bəhs etdi. Bildirdi ki, o, həmkarlarının tələbələrinin yaddaşında xoş xatirələrlə, yaradıcılıq uğurları ilə qalıb. Əyyub müəllim sənətkarlıqdan öncə səmimi insan, təvazökar ziyalı idi.

   Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Fuad Salayev Ə.Hüseynovun müəllim kimi gözəl keyfiyyətlərindən yaradıcılığından söz açdı. Qeyd etdi ki, fırça ustası müxtəlif janrlarda əsərlər yaratsa da, ömrünün sonunadək realizm üslubuna sadiq qalıb, onun bütün imkanlarından istifadə edərək həyat gerçəklərini uğurlu sənət əsərlərinə çevirə bilib.

   Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olundu. Filmin ssenari müəllifi rejissoru, Əməkdar incəsənət xadimi Yavər Rzayev çıxış edərək ekran əsəri üzərində işlədiyi zaman rəssamın həyatı ilə bağlı qarşılaşdığı maraqlı faktları tədbir iştirakçıları ilə bölüşdü.

   Rəssamın oğlu - İsmayıllı Regional Mədəniyyət İdarəsinin müdiri Elnur Hüseynov çıxış edərək dövlətimizin mədəniyyət sahəsinə, o cümlədən rəssamlığa göstərdiyi diqqət qayğıdan danışdı, filmin çəkilişinə görə nazirliyə təşəkkürünü bildirdi. O, atasının sənətinə, şəxsiyyətinə dövlət tərəfindən verilən qiymətə, irsinin qorunmasına göstərilən qayğıya görə minnətdarlığını ifadə etdi.

   Çıxışlardan sonraAvtoportret” sənədli filmi nümayiş olundu. Filmin operatoru Rövşən Quliyev, prodüseri Qafar Məcidovdur.

  

   Lalə Azəri

Mədəniyyət.- 2018.- 25 aprel.- S.5.