Ümummilli liderin 95 illik yubileyinə həsr olunmuş konsert

 

   Bakı Xoreoqrafiya Akademiyası (BXA) təhsil kompleksinin tam orta məktəbinin şagirdləri Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.  

   Əvvəlcə ulu öndərin rəqs sənətimizin görkəmli nümayəndələri, o cümlədən məşhur balerina Leyla Vəkilova ilə görüşünü əks etdirən videoçarx nümayiş olunub.

   Konsertdə akademiyanın şagirdləri Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskayanın quruluşundaYatmış gözəl”, “Kuklabaletlərindən variasiyalar, “Qozbel at” baletindən rəqs, Əməkdar müəllim Pellumb Aqalıyayın quruluşundaJizelbaletindən variasiya, Yelena Çerevatovanın quruluşunda Şopenin bəstəsi olanPolonez”, Pərvin Nəcəfovanın quruluşundaKapelliabaletindənPryalki”, Yekaterina Mustafayevanın quruluşunda Tofiq QuliyevinValsrəqsi təqdim olunub. Proqramda həmçinin Prezident təqaüdçüsü Zəminə Sadıqzadənin quruluşundaŞənlik rəqsi”, Cəmilə Məmmədovanın quruluşundaDənizrəqsi, Xalq artisti Yusif Qasımovun quruluşundaŞənlik”, Əməkdar artist Səbinə Qasımovanın quruluşundaİnnabırəqsləri, eləcə NiyazininRastsimfonik muğamından parça, Üzeyir HacıbəylininArşın mal alanoperettasındanQızların rəqsi digər rəqs nömrələri ifa edilib.

   Tədbirdə Mədəniyyət Nazirliyinin rəsmiləri, digər qurumların nümayəndələri, mədəniyyət xadimləri iştirak edib.

   Sonda konsertdə iştirak edən bütün şagirdlər öz müəllimləri ilə səhnəyə çıxaraq tamaşaçıların gurultulu alqışları ilə qarşılanıblar.

 

Mədəniyyət.- 2018.- 25 aprel.- S.6.