“Çipollino”
yenə səhnədə
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında məşhur italyan yazıçısı Canni Rodarinin “Çipollino” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa təqdim olunub.
Teatrın mətbuat xidmətindən bildirilib ki, balaca teatrsevərlər üçün nəzərdə tutulan tamaşanın rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı isə Lalə Hacıyevadır.
Tamaşada
Çipollino obrazını aktrisa Xədicə Novruzlu
canlandırıb. Digər rollarda əməkdar
artistlər Əlvida Cəfərov, Mehriban
Xanlarova, Sevinc
Əliyeva, Mirzə Ağabəyli, Məzahir Cəlilov,
Rüstəm Rüstəmov və başqaları
çıxış edib. Səhnə əsərində
Coakkino Rossininin musiqilərindən
istifadə olunub.
Mədəniyyət.- 2018.- 25 aprel.- S.7.