Məktəblilər İstanbulda beynəlxalq rəqs festivalında iştirak ediblər

 

   Türkiyənin Milli suverenlikuşaqlar günü münasibətilə keçirilən bayram mərasimləri çərçivəsində İstanbuldakı “Miniatürk” Mərkəzində 9-cu Gökcan kolleci Uşaq xalq beynəlxalq folklor rəqsləri festivalı təşkil olunub.

   On iki ölkənin qatıldığı festivalda ölkəmizi Bakıdakı Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən milli rəqs dərnəyinin 4 müəllim və 20 şagirddən ibarət qrupu təmsil edib.

   Şagirdlərimiz bədii gimnastika nömrələri, milli rəqs və mahnılarımızı təqdim edib, sonda “Azərbaycanlıyam!” mahnısını ifa ediblər.

   Tahir Həsənov adına məktəbin direktoru Yuliya Kərimova şagirdlərin festivalda iştirakının bir çox cəhətdən əhəmiyyətli olduğunu qeyd edib: “Şagirdlərin istedadları ilə Azərbaycanı təmsil etmələri onlarda Vətənimizi təbliğ etməkdə böyük qürur və həvəs yaradır. Digər mühüm cəhət layihənin şərtlərinə görə, qrupda təmsil olunan şagirdlərin səfər çərçivəsində Türkiyədəki şagirdlərin evlərində qalmalarıdır. Bu, özlüyündə Azərbaycan-Türkiyə qardaşlığının məktəblilər arasında tərənnümdür”.

 

Mədəniyyət.- 2018.- 25 aprel.- S.9.