Paytaxtımızda növbəti Avropa tolerantlıq festivalı

 

 

   Mayın 2-dən 17-dək Bakıda növbəti dəfə “IMAGINE” Avropa tolerantlıq festivalı keçiriləcək.

   Bu münasibətlə təşkil olunan mətbuat konfransında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib ki, festival çərçivəsində Avropa tolerantlığı barədə 40-dan çox müxtəlif mövzulu sənədli filmin nümayişi və fotosərginin açılışı planlaşdırılır. Tədbir çərçivəsində, iki konsert proqramı və bir açıq hava tamaşası təqdim ediləcək, eyni zamanda azərbaycanlı rejissorların filmləri nümayiş və müzakirə olunacaq. Mədəniyyətlərarası dialoq və tolerantlıq dəyərlərini təbliğ edən festival bu il BMT-nin İnsan hüquqları bəyannaməsinin 70 illiyinə həsr olunur. Festival 10 illiyini qeyd edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və İsveçrə, Norveç, Braziliya, İsrail, Peru, Moldova, Meksika, Amerika Birləşmiş Ştatları və Argentinanın Bakıdakı səfirlikləri ilə əməkdaşlıq çərçivəsində reallaşacaq.

 

Mədəniyyət.- 2018.- 25 aprel.- S.9.