Parisdə “Azərbaycanlı
qaçqın uşaqlar” adlı fotosərgi
Parisdə “Sensespace” sosial innovasiyalar mərkəzində gənc fotoqraf Maya Bağırovanın “Azərbaycanlı qaçqın uşaqlar” adlı fotosərgisi açılıb.
Sərgidə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkün uşaqların müxtəlif məkanlarda həyatını əks etdirən fotoları nümayiş olunub.
Ziyarətçilərə azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı məlumat vərəqələri paylanıb.
Sərgi suriyalı qaçqın uşaqlara məktəb ləvazimatları almaq üçün keçirilən xeyriyyə tədbiri çərçivəsində təşkil olunub.
Qeyd
edək ki, gənc fotoqraf
Maya Bağırova 2015-ci ildə Luvr Muzeyinin Karusel salonunda keçirilən
SNBA fotosərgisinin “Fotoqrafiya”
nominasiyasının medalına və “Jan Larivyer” mükafatına layiq
görülüb. “Speos”
Paris Fotoqrafiya Məktəbində
təhsil alır.
Mədəniyyət.- 2018.- 25 aprel.- S.12.