Vaqif irsi milli intibah poeziyasının nümunəsi kimi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilovun “Molla Pənah Vaqif: özü və tarixin sözü” kitabı “Adiloğlu” nəşriyyatında çapdan çıxıb.
Kitabda Molla Pənah Vaqiflə bağlı həqiqətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır. Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” romanında və Səməd Vurğunun “Vaqif” dramında Vaqif obrazı ilə bağlı məqamlara xüsusi yer ayrılır.
Nəşrdə Molla Pənah Vaqif yaradıcılığı milli intibah poeziyasının ən bariz nümunəsi kimi səciyyələndirilir.
Mədəniyyət.- 2018.- 25 aprel.- S.15.