Şolom Aleyxem
ilk dəfə Azərbaycan
dilində
Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri - dünya ədəbiyyatında “Şolom
Aleyxem” imzası ilə tanınan məşhur yəhudi əsilli rus yazıçısı Solomon Rabinoviçin
“Seçilmiş əsərləri”
işıq üzü
görüb.
İnsan xislətinə xas
olan ən gizli, incə mətləbləri canlı
səhnələr, duzlu
yumorla təsvir etməyin ustası olan Şolom Aleyxem əsərlərində
yaşadığı dövrün
eybəcərliklərini, cəhalət
və savadsızlığın
törətdiyi tragikomedik
səhnələri kəskin
satira atəşinə
tutur.
Yazıçının
kitaba daxil edilən “Südçü Tevye” povesti, eləcə də “Gimnaziya”,
“Əcdadların məzarı”, “Üç
şəhər əhvalatı”, “Mərhəmət göstərmə!”,
“Üç dul
qadın”, “Kodnyanın ən xoşbəxti” kimi
iyirmidən çox hekayəsini Azərbaycan
dilinə Fərhad Abdullayev tərcümə
edib.
Mədəniyyət.- 2018.- 25 aprel.- S.15.