AnkaradaÇingiz Aytmatovun anım ilinin açılışı keçirildi

 

    Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY tərəfindən tanınmış qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyi münasibətilə elan olunmuş xatirə ilinin açılışı keçirildi. Şinasi səhnəsində düzənlənən tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Qırğızıstan rəsmiləri, Çingiz Aytmatovun oğlu Askar Aytmatov, müxtəlif qurumların təmsilçiləri iştirak edirdi.   

   Tədbirdə çıxış edən D.Kaseinov Türk dünyasının ilk növbədə ruh dünyası olduğunu və məşhur qırğız yazıçısı Çingiz Aytmatovonun unikal əsərlərinin buna ən yaxşı sübut olduğunu vurğuladı: “Böyük Çingiz xan dünyanı qılıncla fəth edibsə, böyük Çingiz Aytmatov dünyanı qələmilə fəth etdi!” sözləri boşuna deyilməyib. Aytmatovdan danışmaq üçünsöz, nə də vaxt kifayət edər. Doğumunun 90, vəfatının isə 10-cu ildönümündə böyük ustadı hörmət və həsrətlə anıram”.

   Yalçın Topçu çıxışında Çingiz Aytmatovun sadəcə Türk dünyasının deyil, bütün dünyanın önəmli yazıçılarından olduğunu dilə gətirdi: “O, əsərləri dünyanın yüzdən çox dilinə tərcümə edilən, demək olar ki, bütün əsərləri əsasında filmlər çəkilmiş bir yazıçıdır. Onun əsərlərini oxuduğunuz zaman qırğız tarixini və mədəniyyətini öyrənməklə yanaşı, türkün vicdanını, həyata baxışını, mübarizəsini, sevincini, kədərini və nifrətini öyrənəcəksiniz”.

   Qırğızıstanın mədəniyyət, informasiyaturizm naziri Sultanbek Cumaqulov isə bütün dünyada Çingiz Aytmatovaonun əsərlərinə böyük maraq göstərildiyini vurğulayaraq, Aytmatovla yalnız qırğız xalqının deyil, bütün Türk dünyasının qürur duyduğunu bildirdi: “Aytmatov kamil bir insan idi. Onun dünyasını yaradan dəyərli fikirləri, düşüncələri nəsildən-nəslə ötürüləcək böyük mirasdır”.

   Çingiz Aytmatovun oğlu Askar Aytmatov 2018-ci iliÇingiz Aytmatovun anım ilielan etdiyi üçün TÜRKSOY-a təşəkkür etdi. O, TÜRKSOY-un uzun illər Türk dünyasının ümumi mədəni platformasını genişləndirərək böyük işlər gördüyünə diqqət çəkdi: “Mənə görə, millətlər insanlar kimidir. Hər millətin öz keçmişi, xarakteri var. Türk dünyası Çingiz Aytmatovu anarkən öz mədəni xəzinəmizə yeni bir töhfə vermiş oluruq".

   Digər çıxışlardan sonra Maltəpə Universiteti Təhsil fakültəsinin dekanı Ramazan Korkmaz, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Qazaxıstan Yazarlar Birliyinin sədri Uluğbek Esdauletov, Qırğızıstan Elmlər Akademiyasının əməkdaşı, Çingiz Aytmatov İnstitutunun direktoru Abdıldacan Akhmatalievin iştirakı ilə panel düzənləndi. Paneldə böyük yazıçının həyat və yaradıcılığından bəhs edildi.

   Tədbirin bədii hissəsində ədibin əsərləri əsasında tərtib edilmiş teatr səhnələri nümayiş olundu.

   Qeyd edək ki, Çingiz Aytmatovun 90 illik yubileyi aprelin 24-də Boluda da qeyd olunub, daha bir tədbir aprelin 25-də “Türk dünyasının mədəniyyət paytaxtı” Kastamonuda keçiriləcək.

  

   Mehparə Sultanova

   Ankara

Mədəniyyət.- 2018.- 25 aprel.- S.16.