Naxçıvanda Duz muzeyi istifadəyə verilib

 

   Aprelin 25-də NaxçıvandakıDuzdağhotelində Duz muzeyinin açılışı keçirilib. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2017-ci il 12 sentyabr tarixli sərəncamına əsasən yaradılıb.

   Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

   Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev tədbirdə çıxış edərək deyib ki, muxtar respublikanın digər ərazilərində olduğu kimi, Duzdağda da aparılan beynəlxalq arxeoloji ekspedisiya zamanı xeyli sayda maddi mədəniyyət nümunələri aşkarlanıb, mühüm elmi nəticələr əldə edilib. Tədqiqatlar zamanı müəyyən olunub ki, Naxçıvan Duzdağından eramızdan əvvəl V əsrdən mədən üsulu ilə duz çıxarılıb. Bu da dünyada bu yolla duzun ilk emalı təcrübəsidir. Duz istehsalının ən böyük təsirlərindən biri duz ticarətinin inkişafında özünü göstərməsidir. Bütün bunların nəticəsində Naxçıvanda ilkin şəhər mədəniyyəti formalaşıb.

   Məlumat verilib ki, muzey ekspozisiya zalı otaqlarından ibarətdir. Muzeydə 81 eksponat, o cümlədən duzdan hazırlanmış müxtəlif fiqurlar, Naxçıvan Duzdağı haqqında nəşr olunmuş kitablar, Naxçıvan şəhəri, Nuh peyğəmbər Naxçıvan, Duzdağ mədəniyyəti duz yataqları haqqında dərc olunmuş qəzet materialları, “Duzdağsənədlər toplusu nümayiş olunur.

   Muzeydə nümayiş olunan eksponatlar sırasında narın duzun saxlanmasında daşınmasında istifadə olunan duz torbaları da var. Bu torbalar əsasən ötən əsrin əvvəllərinə aid olub, Azərbaycanda, xüsusən, muxtar respublikamızda toxuculuğun inkişafından xəbər verir. Daş duzdan hazırlanmış əl işləri, Azərbaycan Respublikasının dövlət bayrağının duzdan hazırlanmış maketi muzeyin maraqlı eksponatlarındandır. Naxçıvan 2018-ci il üçünİslam mədəniyyətinin paytaxtıseçilib. Bununla bağlı duzdan hazırlanmış loqotip Naxçıvanın özünəməxsus simvollarını özündə əks etdirir.

   Ekspozisiyadakı daş alətlər, daş çəkic və çapacaqlar, saxsıdan və gildən hazırlanmış duz qabları, daş həvəngdəstə və baltalar, duz kristalları və s. Naxçıvan Duzdağının qədim tarixini və mədəni potensialını özündə əks etdirir. Muzeydə Nuh peyğəmbərin heykəli də qoyulub.

 

Mədəniyyət.- 2018.- 27 aprel.- S.4.