Qəbələdə növbəti musiqi bayramı

 

10-cu dəfə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı müxtəlif ölkələrdən ifaçı və kollektivləri bir araya gətirib

Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhəri yenidən öz qapılarını beynəlxalq musiqi festivalı iştirakçılarının üzünə açıb.

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinqin dəstəyi ilə artıq 10-cu dəfədir keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı müxtəlif ölkələrdən musiqiçiləri bir araya gətirib. İyulun 30-dan avqustun 7-dək davam edəcək festivalın proqramı, əvvəlki illərdə olduğu kimi, yenə zəngindir.

 

* * *

 

İyulun 30-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında musiqisevərlərə X Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində ilk kamera konserti təqdim olunub. “Gənclərə dəstək” layihəsi çərçivəsində reallaşan konsertdə Azərbaycanın istedadlı gənc musiqiçiləri Aliyə Salmanova (piano), Alp Əliyev (piano), Şeyda Ələsgərova (fleyta), Elina Əliyeva (violin), Lalə Miralayeva (violin), Canel Nəcəfli (violin), Fatimə Əliyeva (piano), Natəvan Həsənova (qanun), Sevda Cəbrayılova (qanun), Nərgiz Kəngərli (piano), Elvin Nəcəfov (viola) və Svetlana Əhmədova (piano) çıxış ediblər.

Konsertdə gənc bəstəkar və pianoçu Aliyə Salmanovanın fleytapiano üçün yazdığı “Meşədən” və “Prelüd Ekpression”, Arzu Abbasovanın iki violin üçünPolar star” əsərləri, həmçinin dünya şöhrətli bəstəkarlar F.ŞopeninBallada”, N.PaqaninininKampanella”, R.Şumanın violapiano üçün “Nağıl şəkilləri”, M.RavelinAlborada”, S.RaxmaninovunPrelüd”, İ.Bramsın “İntermezzo” və Zakir Bağırovun “Rapsodiya” əsərləri səsləndirilib.

Gənc musiqiçilərin çıxışları tamaşaçıların rəğbətini qazanıb.

 

* * *

 

Festivalın ilk günündə musiqisevərlərə “Gənclərə dəstək” layihəsi çərçivəsində daha bir konsert proqramı təqdim olunub. Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə keçirilən konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə simfonik orkestri çıxış edib.

Cavad Tağızadənin dirijorluğu ilə keçən konsertin əvvəlində Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” səsləndirilib. Gecədə Soltan Hacıbəyovun “Karvansimfonik lövhəsi, Qara Qarayevin və Cövdət Hacıyevin “Vətən” operasından Mərdanın ariyası, Otar QardelininFleytasimfonik orkestr üçün Konsertsino”, Antonio VivaldininFaqotkamera orkestri üçün konsert”, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Jül MassneninViolinorkestr üçün Elegiya”, Karel KrautqartnerinKlarnetorkestr üçünKonsertsino” əsərləri və Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ifa olunub.

Solistlər Taleh Yəhyayevin (bariton), Nəzrin Əmirlinin (fleyta), Kamran Məmmədovun (faqot), Nadir Eyvazovun (violin), Emil Bağırovun (klarnet) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

* * *

 

İyulun 31-də Rusiyadan gəlmiş gənc musiqiçilərin iştirakı ilə növbəti kamera konserti olub. Konsert rusiyalı gənc qoboy ifaçısı Andrey Varlamovun ifasında Fransis PulenkinElegiya” və “Skertsosunun səsləndirilməsi ilə başlayıb. İfaçını pianoda beynəlxalq müsabiqələr laureatı Oleq Xudyakov müşayiət edib.

 

Kamera musiqisi həvəskarlarına, həmçinin Jorj Bize-Frans Vaksmanın “Karmen-Fantaziya”, Vittorio MontininÇardaş”, Kristov Villibaid QlükinOrfeyEvridika” operasından Evridikanın ariyası, Nikolay Rimski-KorsakovunPlenivşis rozoy solovey”, Friderik ŞopeninPolonez”, Ferents ListinMefisto-vals” əsərləri təqdim olunub.

Konsertdə rusiyalı ifaçılarla yanaşı, azərbaycanlı solist Çinarə Əzimova (soprano) və pianoçu Rəfiqə Quluzadə də çıxış ediblər.

 

* * *

 

Axşam isə X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib.

Festival günlərində musiqisevərlər, həmçinin Yerusəlim Simfonik Orkestrinin, Budapeşt Qaraçı Qrupunun, Kuba septetinin, “Qaytağı” ansamblının, Rusiya, İsrail, İsveçrə, Türkiyə, İtaliya, Gürcüstan və digər ölkələrdən gəlmiş ifaçıların çıxışlarını izləyəcəklər.

 

Mədəniyyət.- 2018.- 1 avqust.- S. 2.