“Jara-2018”: dörd gün Xəzər sahilində “çox istioldu

 

75 ifaçının qatıldığı festival bu yayın mədəni həyatına hərarət, coşqunluq gətirdi

 

İyulun 26-dan 29-dək Bakıda, Xəzər sahilindəki “Sea Breeze” istirahət mərkəzində keçirilən “Jara-2018” Beynəlxalq Musiqi Festivalı bu yayın ən qaynar mədəniyyət hadisəsi sayıla bilər.

Festivalda çıxış edən 75 ifaçı, ümumilikdə 1200-dən çox iştirakçı dörd gün ərzində Bakının mədəni həyatına sevgi, hərarət, coşqunluq gətirdi. Festivalı izləyən yaşlı da, gənc də öz zövqlərinə uyğun musiqini dinləyə bildi. Festivalı yüksək səviyyədə keçirmək üçün təşkilatçılar maksimum səylə çalışmışdılar. Onlar bu dörd gündə tamaşaçıların unudulmaz anlar yaşayacaqlarına söz vermişdilər.

“Jara-2018”in hər gününün konsert proqramı, müğənnilərin bir-birindən maraqlı ifaları, müxtəlif instalyasiyalar, bir sözlə, mərasimin möhtəşəmliyi təşkilatçıların verdikləri sözə əməl etdiklərini təsdiqlədi. Musiqi ilə yanaşı, xoreoqrafiya səhnəcikləri, fərqli dekorasiyalar, işıq və lazer şousu tamaşaçıların zövqünü oxşadı. Təşkilatçıların ən xırda detalları belə nəzərə almaları, müasir səhnə tərtibatı, məşhur müğənnilərin bir-birindən gözəl mahnıları, gözlənildiyi kimi, “Jara”nı xoş xatirələrlə zəngin tədbirə çevirdi.

 

 Günəş, dəniz, külək, ecazkar ifa, coşqun publika...

 

 Hərarətli musiqi, Xəzər sahilinin füsunkar mənzərəsi bir məkanda birləşərək, həm festival iştirakçılarına, həm də tamaşaçılara unudulmaz anlar yaşatdı. Günəş, dəniz, külək, ecazkar ifa, coşqun publika, xoş ovqat... Festival iştirakçılarının dilində bu sözlər tez-tez səslənirdi.

Filip Kirkorov: “Jara” festivalı musiqi aləmində 2018-ci ilin ən vacib hadisələrindəndir. Mən çox festivalda iştirak etmişəm, “Jara” Beynəlxalq Musiqi Festivalı çox yüksək səviyyədə təşkilatçılığı ilə digərlərindən seçilir”.

Alessandro Safina: “Jaramükəmməl festivaldır. Tarixən şəhərin ticarət yolu üzərində yerləşməsi hələ qədimdən Bakını turistlər, qonaqlar üçün cəlbedici edib. İçərişəhər nadir tarixi məkandır. Bu ornamentlər şəhəri daha da gözəlləşdirir, özünəməxsusluğunu artırır. Bakı dünyada unikal məkanlardan biridir”.

İnqrid: “Jarafestivalına ilk dəfə qatılıram. Bakını çox sevdim. Gözəl dəniz, əsrarəngiz şəhər, bir sözlə, burada olmağımdan qürur duyuram. Səhnə olduqca gözəl məkanda yerləşir. Jaraisə isti Bakı havasına əlavə hərarət gətirir”.

 

 Leyla Əliyeva “Jara-2018”in fəxri qonaqları sırasında

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ƏliyevaJara”ya fəxri qonaq kimi qatılmışdı. Qırmızı xalı üzərindən keçid mərasimində aparıcı Leyla ƏliyevanıJarafestivalının muzası kimi təqdim edib. Aparıcının bu adı daşımağın çətin olub-olmaması ilə bağlı sualına Leyla Əliyeva bundan məmnun qaldığını bildirib.

Xalı üzərindən keçəndən sonra jurnalistlərin suallarını cavablandıran Leyla Əliyeva deyib ki, festival barədə təəssüratı çox zəngin gözəldir. Ən başlıcası odur ki, hamı xoşbəxtdir, hamı sevinir. Görün, qədər qonaq var, onların hamısı bizim Bakı şəhərinə məftun olublar. Bütün ifaçıları dinləmək istəyirəm. Hamının rəqs etdiyini görmək çox xoşdur.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) idarə heyətinin üzvü Emin Hacıyev deyib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-ın sədri Leyla Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının təmsilçilərindən ali məktəblərin tələbələrindən ibarət nümayəndə heyətinin üzvləri “Jara-2018” festivalının ikinci günündə konsert proqramını izləyənlər arasında olublar.

Azərbaycan-Rusiya dostluğuna dəyərli töhfə

 

Doğrudan da, “Jara”nın hər günü gözəl keçdi. O, əsl musiqi bayramına, dostluğun, sevginin təntənəsinə çevrildi. Əlbəttə, festivalın özəlliyi təkcə bununla bitmir.

Hazırda çoxsaylı yay musiqi festivalları keçirilir. Lakin əminliklə demək olar ki, “Jaramusiqi aləmində əlamətdar hadisəyə çevrilməkdədir. Bu, strateji tərəfdaşlar olan Rusiya Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, humanitar əlaqələrin genişlənməsinə töhfə verir.

Musiqi bayramının ölkəmizin iqtisadi həyatı üçün xüsusi önəmi var. Festivalı izləmək üçün Azərbaycana gələn çoxsaylı qonaqlar ölkəmizdə istirahət əyləncə üçün yaradılmış şəraitlə yaxından tanış olur, paytaxtımızın regionlarımızın inkişafını öz gözləri ilə görürlər. Bu da Azərbaycan həqiqətlərinin ölkəmizin təbliği baxımından olduqca faydalıdır.

Jara”nın təşkilatçıları deyirlər ki, əlbəttə, dövlət səviyyəsində kömək olmadan bu miqyasda musiqi tədbirini təşkil etmək mümkün deyil. Onlar göstərilən yüksək diqqətə dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.

Bu festival musiqi mədəniyyət bayramı olmaqla yanaşı, digər mühüm bir məqamı da nümayiş etdirdi. Jarahəm Azərbaycanla Rusiya arasında son illər bütün sahələrdə dinamik inkişaf edən, o cümlədən humanitar sahədə genişlənən münasibətlərin göstəricisi kimi xarakterizə oluna bilər. Rusiyanın məşhur ulduzları Azərbaycana sevgilərini bu sözlərlə ifadə ediblər.

Fəxri qonaq qismində festivala qatılan Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: “Jara–2018” Beynəlxalq Musiqi Festivalı çox gözəl təşkil olunub. Bu festivalın çox gözəl ölkədə, heyrətamiz Bakı şəhərində keçirilməsi onun əhəmiyyətini daha da artırır. Bizim Rusiya ulduzları bir neçə günlüyə buraya gəlir onlar çox zəngin təəssüratla qayıdırlar. Beləliklə, biz bir-birimizi yada salırıq. Müasir dünyada bu, çox vacib amildir. Bakı ecazkar şəhərdir. Mən onu sevirəm”.

Potap: “Azərbaycan xalqı olduqca qonaqpərvərdir. Bakıda özümü doğma evimdəki kimi hiss edirəm. “Jara” xalqları, insanları dostluğa səsləyən festivaldır. Mənim də arzum odur ki, qoy dostluq, qardaşlıq zəfər çalsın”.

Stas Pyexa: “Jara” Azərbaycan-Rusiya dostluğunun tərənnümüdür, əsl musiqi bayramıdır. “Jarabu günədək iştirak etdiyim festivallar arasında öz möhtəşəmliyi ilə seçilir. Musiqi sərhəd tanımır. Biz öz ifamızla insanları dostluğa, sülhə səsləyirik”.

Qriqori Leps: “Jara” Azərbaycanın yüksək səviyyəli qonaqpərvərliyinin tərənnümüdür. Festival xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, çoxsaylı yerli musiqisevərlərə məşhur ulduzlarla yaxından təmas qurmaq imkanı yaradır. Xəzərin sahilində təşkil edilən festival üçün hər kəsə təşəkkür edirəm. Böyük rəğbətlə qarşılanan “Jara” festivalı həm də Azərbaycan-Rusiya humanitar əlaqələrinin möhkəmlənməsinə töhfə verir”.

 

 Hamı Bakıya gəlmək istəyir

 

Festival çərçivəsində iyulun 28-də Rusiyanın “MuzTV” kanalının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin parkında da konsert keçirilib. Konsertdə Rusiyanın tanınmış ulduzları ilə yanaşı, yerli müğənnilər də iştirak ediblər. Proqramda təqdim olunan ifalar paytaxt sakinlərində və şəhərimizin qonaqlarında əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Son illər Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi, sorağı bütün dünyaya yayılan tolerantlıq mühiti ölkəmizə marağı daha da artırır. Azərbaycana gələn çoxsaylı qonaqlar bütün bunları xüsusi qeyd edirlər. “Jara” festivalının iştirakçıları da eyni fikirdədirlər:

İrina Dubtsova: “İnsanlarınız elə əvvəlki kimi qonaqpərvərdirlər. Burada Şərqin və keçmişin ruhu qorunub saxlanılıb. Şəhərin qədim küçələrində yenidən gəzmək istəyirəm. Qədimliklə müasirliyin harmoniyası insanı valeh edir. Burada əsl dostluq ab-havası mövcuddur. Azərbaycanlılara təşəkkür edirəm”.

Kseniya Borodina: “Bakı inanılmaz dərəcədə gözəl, qonaqpərvər şəhərdir. Bakı tamaşaçısının böyük marağını, isti münasibətini də xüsusi qeyd etmək istərdim. Bu, əslində musiqinin təntənəsidir. Mən “Jara”nı səbirsizliklə gözləyirdim. Bakıda, Xəzərin sahilində keçirilən möhtəşəm festivalda iştirak etməkdən olduqca məmnunam”.

Kristina Orbakayte: “Bakı hər dəfə fərqli görünüşü, sürətli inkişafı, çiçəklənməsi ilə məni təəccübləndirir. Çox gözəl vəhdət var. Dəniz sahili, isti, bayram əhval-ruhiyyəsi. Festivalın təşkilatçıları hər bir detalı yüksək səviyyədə düşünüblər. Təbii ki, bu işdə çox insanın zəhməti var. Ona görə də nəticə göz qabağındadır. Hər kəsi təbrik edirəm. Bakıda görüləcək yerlər çoxdur. Bu dəfə şəhərin bütün görməli yerlərini gəzmək fikrindəyəm”.

Aleksandr Panayotov: “Mən Bakıya böyük sevinc hissi ilə qayıdıram. Azərbaycanlılar səmimi, qonaqpərvər, eyni zamanda, təəssübkeşdirlər. Hiss olunur ki, burada insanlar çətin anda bir-birinə kömək etməyə hazırdır. Bu isə çox yaxşı keyfiyyətdir”.

Lyubov Uspenskaya: “Bakı inanılmaz dərəcədə gözəl şəhərdir. Burada 25 il əvvəl olmuşdum. O zaman Heydər Əliyev yeni hakimiyyətə gəlmişdi. Onun yorulmaz fəaliyyəti, güclü iradəsi sayəsində qısa bir zamanda dağınıq olan şəhərdə sabitlik, sülh yaradıldı. Ötən müddət ərzində paytaxtınız çox dəyişib. Mən Bakının gözəlliyinə aşiq oldum. Şəhəri tanıya bilmədim”.

Alla Perfilova: “Festival dünyada ən populyar möhtəşəm musiqi festivalıdır. İnsanlar çox qonaqpərvərdir. Burada məxsusi atmosfer hökm sürür. Artistlər üçün məkan, fan zona hər bir detal yüksək səviyyədədir. Özümü evimdəki kimi hiss edirəm. Bakını çox sevirəm”.

Bütün fikirlər bir daha göstərir ki, hər bir iştirakçıJaraBeynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Bakıya həvəslə gəlib.

 

 Növbəti görüşədək...

 

Beləliklə, tamaşaçılar yayın bu dörd qızmar günündə, sözün əsl mənasında, “Jarahərarətini yaşadılar. Builki festival onu da göstərdi ki, “Jaratəkcə paytaxtımızın sakinlərində deyil, dünyanın müxtəlif guşələrindən musiqi həvəskarlarında da böyük maraq oyadıb.

Festival çərçivəsində məşhur artistlərin yubiley gecələri təşkil edilib. Leonid Aqutin, Valeri Meladze, Lyubov Uspenskaya, ValeriyaVladimir Presnyakovun yaradıcılıq gecələri keçirilib. Festivalın coğrafiyası artıq genişlənib. Festivalın fəxri qonaqları qismində xarici şou-biznesin tanınmış mütəxəssisləri dəvət edilib. Məşhur italyan tenoru Alessandro Safina, Stiven Siqal, İnqrid, Rusiya, Ukrayna, Gürcüstan və əlbəttə, Azərbaycan estradasından tanınmış ifaçılar festivalda iştirak ediblər.

Onu da qeyd edək ki, “Jara-2018” yerli kanallarla yanaşı, Rusiyanın “Birinci” kanalında yayımlanacaq, milyonlarla televiziya tamaşaçısına da unudulmaz anlar yaşadacaq.

Festivalın təşkilatçılarından biri olan Azərbaycanın Xalq artisti Emin Ağalarov deyib: “Rusiyanın tanınmış simalarını Bakıya toplamaq mənim üçün çox xoşdur. “Jara” layihəsinin uğurlu alınmasına ürəkdən sevinirəm. “Jara” artıq böyük musiqi platformasına çevrilib. Rusiyanın “Birinci” telekanalında dörd konsert günündən hər biri iki saat olmaqla 10-12 reportaj efirə veriləcək. Bu da son iki aydaBirincitelekanalda ümumilikdə 24 saat efir deməkdir. Arzum budur ki, gələcəkdə festivalda beynəlxalq gün olsun bu möhtəşəm hadisə nəinki RusiyanınBirincikanalında, eləcə xarici telekanallarda nümayiş etdirilsin. İdeyalarımız çoxdur, məqsədimiz “Jara”nı daha unikal etməkdir”.

 

Mədəniyyət.- 2018.- 1 avqust.- S. 8; 9.