“Azərbaycan
arxeologiyasının əsasları”
Tarix elmləri doktoru, arxeoloq Qafar Cəbiyevin “Azərbaycan arxeologiyasının əsasları” adlı dərs vəsaiti çap olunub.
14 bölmədən ibarət kitabda Azərbaycan arxeologiyasının təşəkkül və inkişafı, Azərbaycanın müxtəlif tarixi dövrlər üzrə arxeoloji abidələri barədə təfsilatı ilə bəhs edilir.
Kitabın bir bölməsi qədim Azərbaycan dövləti olan Atropatenanın maddi mədəniyyətinə həsr olunub. Arxeologiyaya dair dərs vəsaitində Atropatenanın tarixinə ilk dəfə belə əhatəli şəkildə toxunulub.
Dərs vəsaitində qədim Azərbaycan dövləti olan Albaniyanın maddi mədəniyyətindən də ətraflı bəhs olunub, həmçinin Azərbaycanın görkəmli arxeoloqları barədə xüsusi bölmə verilib. Kitabın sonuncu bölməsində arxeoloji tədqiqatları və aşkar olunan nadir maddi mədəniyyət nümunələrini özündə əks etdirən foto və rəsmlər yer alıb.
Dərs vəsaiti arxeologiya
ixtisasını seçmiş doktorant və dissertantlar, ali məktəblərin bakalavr
və magistr pilləsində tarix ixtisası üzrə təhsil alan tələbələrin istifadəsi üçün nəzərdə tutulub. Kitabın redaktoru
AMEA-nın müxbir üzvü
Vəli Əliyevdir.
Mədəniyyət.- 2018.- 1
avqust.- S. 10.