“Yenə o bağ olaydı”

 

Qazax Dövlət Rəsm Qalereyasında səyyar sərgi açılıb

 

İyulun 30-da Qazaxda “YARAT” Müasir İncəsənət Məkanı və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı, Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə italyan rəssamı Mikelancelo Pistolettoperspektivli yerli rəssamların əsərlərindən ibarət “Yenə o bağ olaydı” adlı səyyar sərgi açılıb.

Qazax Dövlət Rəsm Qalereyasında təşkil edilən sərgi Mikelancelo Pistoletto tərəfindən ərsəyə gətirilmiş “Üçüncü cənnət” (“Third Paradise”) nəzəriyyəsini müzakirə etməklə, “Cittadellarte Fondazione Pistoletto” sənət mərkəzinin bədii rəhbəri Paolo Naldini tərəfindən keçirilmiş ustad dərsinin nəticəsidir.

Sərginin təşkilatçısı, rəssam Akif Əmirov bildirib ki, sərgi “Üçüncü cənnət” nəzəriyyəsi, müasir dünyamızın hər bir yerində mövcud olan təbiilik və sünilik kimi iki qütb arasındakı ziddiyyəti aradan götürməyə, texnologiyalar və təbiət arasında özəl mühitə görə məsuliyyət daşıyan yeni insanlığın yaradılmasına çalışır.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Məlumat verilib ki, sərgi Mikelancelo Pistolettonun məşhur labirint instalyasiyası ilə başlayır. Bu labirint, ziyarətçiləri labirintin içindən keçirərək onların öz daxiliməni”ni, kimliyini axtarmasına vadar edir. Labirintin forması uzunmüddətli araşdırma fərdi səyahətüçün metafora kimi istifadə edilib. Bu səyahət ziyarətçiniÜçüncü cənnətsimvolunun üzərinə gətirib çıxarır. Həmin simvolQazax qatlamasışirniyyatından hazırlanıb. Sözügedən simvol üç halqadan ibarət olan riyazi sonsuzluq işarəsinin yenidən mənalandırılmış formasını ifadə edir. İki qarşı halqa təbiiliyi süniliyi vurğulayır, orta halqa isə harmoniya üzərində qurulan yeni insanlığın generativ ana bətnini təmsil edir.

Rəssam Etibar İsmayılov bu sərgi üçünarzular quyusuyaradıb onun istifadəsinə dairşifrələnmişdildə təlimat təqdim edib. Mətnin üsulu insan beyninin möhtəşəm qüdrətinə istinad edir rəssamınmümkün olmayan heç yoxdurinancını ifadə edir.

Günay Əliyevanın əsəri İosif Brodskinin məşhurbizim məhsullar, bizim etiraflardan deyil, daha çox özümüzdən bəhs edirkəlamından ilhamlanan qəbz formasında rəssamın həyatına nəzər salır.

Mousa BəyzadəÜçüncü cənnətideyasına yanaşmaq üçün hamının bacardığı kağız kəsimi üsulundan istifadə edir. Onun əsəri sağlamlıq texnologiyalarının bizim ayrılmaz hissəmizə çevrilməsini əks etdirməklə, insan texnologiyalar, təbiət sünilik arasında harmonik münasibətlərin mümkünlüyünü sübuta yetirir.

Nəzrin Məmmədovanın aktual, fənlərarası sinxron əsəri texnologiyalar, dizayn təbiətin kəsişməsində yerləşir. İlkin olaraq yazılmış səslər öz orijinal mühitlərinə qoyulub dağlarda əks-səda rezonans verməklə çoxlaylı teksturalar, ritmlər tezliklərə malik dolğun səs təəssüratlarını yenidən yaradır.

Vüsalə Ağarzayevanın əsərinin başlıca məqsədi yüksək texnologiyaların imkanlarına rəğmən, harmoniya məqsədyönlü əlaqənin vacibliyini vurğulamaqdır. Belə ki, yüksək texnologiyalar bir tərəfdən həyatımızı asanlaşdırsa da, biz təbiətin bizə bəxş etdiklərinə biganə qalmamalıyıq. Rəssam tərəzinin bir gözünə kiçik elektron cihazları, digər gözünə isə qum tökməklə özbalansını bu konsepsiyanı vizuallaşdırır.

Açılış mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ilk dəfə olaraq bu cür sərginin Qazaxda təşkil edilməsini şəhərin mədəni mühitinin inkişafı üçün böyük rol oynadığını deyib. Sərgidə hər bir əsərin dərin fəlsəfi ismarış rəmzlərlə zəngin olduğunu söyləyən Rəcəb Babaşov Qazaxın belə bir sərgi üçün məkan seçilməsinin heç təsadüfi olmadığını vurğulayıb.

Diqqətə çatdırılıb ki, məhz ədəbi yaradıcılığı Qazaxla sıx bağlı olan Azərbaycan poeziyasının nəsrinin bir çox görkəmli nümayəndələrinin yaradıcılığında bədii estetik zənginliklə yanaşı, hər bir əsərin məzmununda, obrazların dilində ifadə olunan fəlsəfi axtarışlar geniş əks olunub.

 

Mədəniyyət.- 2018.- 1 avqust.- S. 11.