Fransalı alimlər
Tarix Muzeyində
Fransanın Strasburq Universitetinin professorları Pyer Kollet və Anne Janin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində olublar.
AMEA-dan bildirilib ki, fransalı alimlərin məqsədi arxeoloq Qardaşxan Aslanov tərəfindən 1983-cü ildə Xaraba Gilandan tapılmış Erkən orta əsrlərə aid arami yazılı vazanın üzərindəki yazıları oxumaq olub.
Strasburq Universitetinin professorlarına
muzeyin tarixi, fəaliyyəti barədə
ətraflı məlumat
verilib. Bildirilib ki, burada Azərbaycan ərazisində
mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular,
Səfəvilər dövlətləri
dövrünə aid nümayiş
etdirilən maddi mədəniyyət nümunələri
ölkəmizin qədim
dövlətçilik ənənələrindən
xəbər verir.
Qeyd edək
ki, fransalı qonaqlar Azərbaycan-Fransız
Universitetində arxeoloji
elmi tədqiqat işləri ilə məşğuldurlar.
Mədəniyyət.- 2018.- 1 avqust.- S. 12.