Qəbələ festivalında daha
bir musiqi axşamı
X Qəbələ Beynəlxalq
Musiqi Festivalı dördüncü gündür
ki, musiqisevərləri,
şəhərin qonaqlarını
maraqlı konsert proqramları ilə sevindirməkdə davam edir.
Festival çərçivəsində
avqustun 2-də Qəbələ
şəhərindəki Heydər
Əliyev Konqres Mərkəzinin kamera zalında İsrail musiqiçilərinin iştirakı
ilə “Multipiano” musiqisi axşamı təşkil olunub.
Konsertin əvvəlində məlumat
verilib ki, “Multipiano” İsrailin dörd virtuoz pianoçusunu birləşdirən
özünəməxsus piano layihəsidir. 2015-ci ildə
qrup İsrailin Mədəniyyət Nazirliyi
tərəfindən “Ən
yaxşı israilli ansambl” mükafatına layiq görülüb.
“Multipiano” 2010-2011-ci illərdə Tel-Əviv Universiteti ilə İsrail Filarmonik Orkestrinin ortaq layihəsi olan Buhmann-Mehta Musiqi Məktəbinin nəzdində
fəaliyyətə başlayıb.
İsrailin üç ən
parlaq gənc pianoçusunun və onların rəhbəri – ölkənin ən görkəmli musiqiçilərindən
biri Tomer Levin iştirak etdiyi “Multipiano” fəaliyyətinin
ilk illərindən beynəlxalq
əks-sədaya səbəb
olub.
Musiqi axşamında V.A.Motsartın
“Largetto” və “Alleqro”, D.Şostakoviçin
“Konsertino”, S.Raxmaninovun
“Romans” və “Vals”, B.Smetananın “Sonata” və
digər Avropa bəstəkarlarının əsərləri
səsləndirilib.
İsrailli musiqiçilər Tomer
Lev, Berenika Qliksman, Almoq Seqal, Ayal
Peleq Pelk və Nimrod Natanel Meiry-Haftelin ifaçılıq
məharəti tamaşaçılar
tərəfindən alqışlarla
qarşılanıb.
Mədəniyyət.- 2018.- 3
avqust.- S. 2.