“Azərbaycan kinosunun gələcəyi üçün bundan sonra da çalışmağa hazırıq”

 

Peşə bayramını yüksək ad və təltiflərin həyəcanı ilə qeyd edən sənətkarların ürək sözləri

 

Milli kinomuzun 120 illik yubileyi həm də onunla əlamətdar oldu ki, Prezident İlham Əliyevin 1 avqust tarixli sərəncamları ilə bu sahədə çalışan bir qrup yaradıcı insan fəxri adlar, ordenmedallarla təltif edildilər. 2 avqust – Azərbaycan kinosu günündə tanınmış sənətkarları peşə bayramı və təltiflər münasibətilə təbrik etdik, onların keçirdikləri hisləri xəbər aldıq.

 

Xalq artisti Oqtay Mirqasımov (bu ilinMilli kino mükafatı”nın sahibi):

 

- Peşə bayramı münasibətilə birinci növbədə milli kinematoqrafiyanın inkişafında əməyi olan hər kəsi təbrik edirəm. Kinematoqrafiya sahəsində yaşanan hər gün bayramdır. Çünki hər bir kino işçisinin ürəyində ümidlər, planlar, çəkmək istədiyi filmin ideyası var bu ümidlər bizim həyatımızı gözəlləşdirir. Kino sənətinin çətinliyini görmüş insan kimi dostlarımdan xahişim budur ki, ilk növbədə səhhətlərinə fikir versinlər. Qarşıda gözəl çox faydalı, vətənimizə, millətimizə lazım olan işlərimiz var.

 

Xalq artisti Ramiz Əzizbəyli (“Şöhrətordeni ilə təltif olunub):

 

- Dünəndən hamı məni təbrik edir, sevincimə şərik çıxır. Hər kəsə minnətdaram. Amma xəstəlik sevinməyimə mane olur. Əfsus ki, səhhətimlə əlaqədar kino işçilərinin bayramı münasibətilə keçiriləcək tədbirdə iştirak edə bilməyəcəyəm. Çətin ki, indən belə film çəkim, filmə çəkilim. Ancaq dəvət etsələr, hansısa filmin bədii rəhbəri olaram, məsləhətlərimi verərəm. Bütün kino işçilərini təbrik edir dövlətimizə diqqətə görə təşəkkürümü bildirirəm.

 

Xalq artisti Rasim Balayev (“Şərəfordeninə layiq görülüb):

 

- Sənətimə yaradıcılığıma verdiyi qiymətə görə Prezidentimizə təşəkkür edirəm. Bu diqqəti təkcə biz sənətkarlara deyil, ümumilikdə kinomuza verilən qiymət kimi dəyərləndirirəm. Bütün bu fəxri ad təltiflər bizi daha da məsuliyyətli, kinomuz qarşısında borclu edir ki, layiqincə ona xidmət edək. Ərsəyə gələn hər bir filmin mükəmməl peşəkar alınmasına səy göstərək. Bütün kino işçilərini təbrik edir arzulayıram ki, yeni yaxşı ssenarilər filmlər çəkilsin, mən bu yaşda öz sözümü deyə, tamaşaçıları sevindirə bilim.

 

Aktyor Ənvər Həsənov (Xalq artisti fəxri adı verilib):

 

- İlk növbədə fəxri ada layiq görülməyimə görə Prezidentimizə ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Bu fəxri ad mənim üçün onunla əlamətdardır ki, bu il kinomuzun 120, “Azərbaycanfilm  kinostudiyasının 95 məni xalqa sevdirənUşaqlığın son gecəsifilminin 50 illik yubileyidir. Bu xoşbəxt günü bizə nəsib edən hər kəsə minnətdaram. Arzum budur ki, bundan sonra bizləri əvəz edəcək yeni gənc nəsil Azərbaycan kinosuna sevərək ləyaqətlə xidmət etsin.

 

Əməkdar incəsənət xadimi Ənvər Əbluç (Prezidentin fərdi təqaüdünə layiq görülüb):

 

- Azərbaycan kinosunun keçdiyi uzun yol məhsuldar olub. Kinomuzun çox gözəl nümunələri var ki, bu da onun yaradıcılarının bu sahənin inkişafına göstərdikləri ləyaqətli xidmətin bariz göstəricisidir. Kino günü münasibətilə bütün həmkarlarımı təbrik edir, bu sahədə çalışan insanlara cansağlığı uzun ömür arzulayıram. Sənətimizə verilən diqqətə görə ölkə rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Bundan sonrakı fəaliyyətimizdə Azərbaycan kinosunun işıqlı gələcəyi üçün çalışmağa hazırıq.

 

Xalq artisti Rafiq Əzimov (bu il ilŞöhrətordeninə layiq görülüb:

 

- Bütün kino xadimlərini təbrik edirəm. Kinomuza ayırdığı diqqətə, Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi ilə bağlı verdiyi sərəncama, habelə həmkarlarımı fəxri ada, orden medallara layiq gördüyünə görə dövlət başçısına minnətdarlığımı bildirirəm. Bilirsiniz  ki, fevral ayında 80 illik yubileyimlə əlaqədar Prezidentin sərəncamı iləŞöhrətordeninə layiq görülmüşəm. Kinomuz istedadlı gənclərimiz sayəsində daha da inkişaf edərək dünya səviyyəsində öz mövqeyini tutacaq. Biz kino teatr sahəsində öyrəndiklərimizi gənc nəslə ötürməli sənəti yaşatmalıyıq.

 

Əməkdar incəsənət xadimi Rafiq Quliyev (“Şöhrətordeni ilə təltif edilib):

 

- Kinomuzun 120 illik yubileyi münasibətilə bütün kinematoqrafçıları təbrik edir, yaradıcılıq yollarında yeni axtarışlar, nailiyyətlər arzulayıram. Prezident İlham Əliyevin sərəncamı ilə təltif edilən bütün həmkarlarımı səmimi qəlbdən təbrik edirəm. Hər biri öz fəaliyyəti sənətə xidməti ilə bu mükafatlara layiq sənətkarlardır. Kino xadimlərinə ayrılan diqqətə görə ölkə rəhbərliyinə əməyi keçən hər kəsə minnətdaram.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2018.- 3 avqust.- S. 5.