Görkəmli kino xadimlərinin xatirəsi yad olundu

 

2 avqust – Azərbaycan kinosu günü ərəfəsində kino ictimaiyyətinin nümayəndələri tərəfindən milli kinematoqrafiyanın inkişafına töhfələr vermiş sənətkarların məzarları ziyarət olundu.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının kollektivi avqustun 1-də paytaxtın Yasamal qəbiristanlığında milli kino tariximizdə iz qoymuş, professional təhsil almış ilk Azərbaycan rejissorlarından olan Səməd Mərdanovun məzarını ziyarət etdi.

Əməkdar incəsənət xadimi, kino tədqiqatçısı Aydın Kazımzadə rejissorun həyat və yaradıcılığı haqqında danışaraq diqqətə çatdırdı ki, cəmi 30 il ömür yaşamasına baxmayaraq, Səməd Mərdanovun yaradıcılığı milli kino sənətinin inkişafına təsir göstərib. O, ilk sovet kinokomediyalarından olanMavi dənizin sahilindəfilminin rejissoru olub. Rejissorun 1939-cu ildə çəkdiyiKəndlilərbədii filmi Azərbaycan kinosununqızıl fondu”na daxildir.

Daha sonra kollektiv I Fəxri xiyabana gələrək dramaturq, bəstəkar, rejissor, aktyor, ssenarist kimi milli kinomuzun inkişafında mühüm xidmətləri olmuş şəxsiyyətlərin xatirəsini yad etdi. Burada Cəfər Cabbarlı, Üzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev, Əjdər İbrahimov, Rəşid Behbudov, Mustafa Mərdanov, Ələsgər Ələkbərov, Nəsibə Zeynalova, Maqsud İbrahimbəyov, Məmməd Qurbanov, Leyla Bədirbəyli, İsa Hüseynov, Müslüm Maqomayev, Cahangir Cahangirov, Bəşir Səfəroğlu digər sənətkarların məzarları üzərinə tər çiçəklər düzüldü.

Azərbaycanfilmkinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov çıxış edərək bildirdi ki, Azərbaycan kinosunun 120 illik yubileyi ərəfəsində milli kinomuzun inkişafında xidmətləri olan insanları yad etmək həm onları gənc nəslə tanıtmaqdır.

Xalq artistləri Rasim Balayev, Şamil Süleymanlı, Ənvər Həsənov, Əməkdar artist Elxan Qasımov mərhum sənətkarların yaradıcılığından söz açdılar, xatirələrini bölüşdülər.

Çıxışlarda qeyd edildi ki, Azərbaycan kinosu böyük tarixə malikdir ötən dövr ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid maraqlı filmlər çəkilib. Bu filmlər ölkəmizdə, keçmiş sovetlər məkanında eləcə ittifaqın sərhədlərindən kənarda nümayiş olunub, rəğbətlə qarşılanıb. Azərbaycan kinematoqrafiyası dünya kino sənətinin ayrılmaz hissəsidir.

Vurğulandı ki, ümummilli lider Heydər Əliyevin mədəniyyət incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısınınAzərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib.

O da bildirildi ki, Prezidentin müvafiq sərəncamı ilə təsdiq olunmuşAzərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bu sahənin inkişafı istiqamətində mühüm işlər görülüb.

 

* * *

 

Əlamətdar gün münasibətilə ölkəmizin kino ictimaiyyətinin nümayəndələri tərəfindən II Fəxri xiyabanda uyuyan kino xadimlərinin məzarları ziyarət olundu.

Anım mərasimində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, eləcə Salnamə”, “Yaddaş”, “Debüt”, “Mozalanstudiyalarının Nizami Kino Mərkəzinin əməkdaşları iştirak edirdi.

Mərasim iştirakçıları unudulmaz rejissor aktyorlar Adil İsgəndərov, Ağasadıq Gəraybəyli, Rasim Ocaqov, Həsən Məmmədov, Siyavuş Aslan, Hacıbaba Bağırov, Yaşar Nuri, Məlik Dadaşov, Nəcibə Məlikova, Məmməd Əlili, Əliabbas Qədirov digər görkəmli sənətkarların məzarlarını ziyarət etdilər. Məzarların önünə tər güllər düzüldü. Bu sənətkarların Azərbaycan kino salnaməsində böyük xidmətləri xatırlandı. Onların yaratdığı filmlərin, oynadıqları obrazların indi hər bir azərbaycanlı ailəsində sevə-sevə izlənildiyi vurğulandı.

 

LALƏ

 

FARİZ

 

Mədəniyyət.- 2018.- 3 avqust.- S. 6.