“Şəxsiyyət
və zaman muzeyin
ekspozisiyasında”
Beynəlxalq konfransda Üzeyir bəyin
yaradıcılığından söz açılıb
Latviyanın Riqa və Yurmala şəhərlərində Ədəbiyyatçıların və Bəstəkarların Muzeyləri Beynəlxalq Komitəsinin (ICLCM) “Şəxsiyyət və zaman muzeyin ekspozisiyasında” mövzusunda konfransı keçirilib.
Konfransda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova “Muzey interpretasiyasının işığında şəxsiyyət: Üzeyir Hacıbəyli bəstəkar və yazıçı kimi” mövzusunda çıxış edib.
Qeyd edək ki, Alla Bayramova həmin komitənin idarə heyətinin üzvüdür.
Konfransa Danimarka, Rusiya, Yaponiya, Macarıstan, Polşa, Estoniya, Almaniya və başqa ölkələrdən muzey mütəxəssisləri və alimlər qatılıb. Onlar Latviya Respublikasının 100 illiyinə həsr olunmuş sərgidə, Latviya Milli Kitabxanasında, yazıçı və bəstəkarların memorial muzeylərində də olublar. Görüşlər zamanı təcrübə və qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Lalə
AZƏRİ
Mədəniyyət.- 2018.- 17
avqust.- S. 5.