“Cümhuriyyət
ili” çərçivəsində
maarifləndirici tədbirlər
Prezident yanında Bilik Fondu 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması ilə bağlı silsilə tədbirlər, o cümlədən gənclərdə elmi və bədii mütaliəyə marağın artırılması istiqamətində mühazirə və görüşlər təşkil edir.
Bu silsilədən növbəti mühazirə Şamaxı şəhər Heydər Əliyev Mərkəzində baş tutub.
Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Səbuhi Həsənov Bilik Fondu ilə birgə həyata keçirilən maarifləndirici tədbirlərdən söz açıb.
Tədbirdə Bilik Fondunun İnformasiya təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlının “Cümhuriyyət - şanlı tariximiz” mövzusunda mühazirəsi dinlənilib.
Sonra “Aranfilm”in (ARB televiziyası)
istehsal etdiyi “Sarmaşıqlı məzarlar”
filmi nümayiş etdirilib.
İkinci maarifləndirici tədbir Şamaxı Mədəniyyət
evində təşkil
olunub. Fondun əməkdaşının “Kitabın verdiyi dəyərlər” mövzusunda
mühazirəsi yerli gənclər tərəfindən
maraqla qarşılanıb.
Mədəniyyət.- 2018.- 17 avqust.- S. 5.