Əməkdar artistin İstanbulda konsert proqramı
Azərbaycanın Əməkdar artisti, pianoçu, bəstəkar, dirijor Turan Manafzadə İstanbulda “All Saints” kilsəsində konsert proqramı ilə çıxış edib. O, səhnəni türk əsilli gənc skripka ifaçısı Mevsim Engin ilə bölüşüb.
Konsertdə dünya klassiklərinin
əsərləri ilə yanaşı, fransız bəstəkar
Klod Debüssi və
Azərbaycan bəstəkarı Qara Qarayevin əsərləri də ifa olunub. Əməkdar artist Turan
Manafzadə konsert proqramında öz bəstələrini də
səsləndirib. “Qəlbimə düşər
damcılar”, “Sən eşqin özüsən”
və “Ay Laçın”
mahnıları dinləyicilər
tərəfindən gurultulu
alqışlarla qarşılanıb.
Konsert gənc
sənətçilərin ifasında “Sarı gəlin” mahnısının
səsləndirilməsi ilə
başa çatıb.
Mədəniyyət.- 2018.- 17 avqust.- S. 6.