Nigeriya jurnalında “Azərbaycan mətbəxinə
ekskursiya”
Nigeriyanın
məşhur “LİL Magazine” mətbəx jurnalının
avqust nömrəsində Azərbaycan yeməklərindən bəhs
edilib.
“Azərbaycan
mətbəxinə ekskursiya” adlı məqalələrin
müəllifi bu ölkədə yaşayan həmyerlimiz
Billurə Bayramovadır.
Yazılarda Azərbaycan mətbəxinin ən ləziz təamlarından bəhs olunub. Qeyd edilib ki, Azərbaycan mətbəxində müasir mətbəx nümunələri ilə yanaşı ənənəvi qədim yemək reseptləri də qorunub saxlanılmaqdadır.
Müəllif nigeriyalı oxuculara Azərbaycan mətbəxində xüsusi yeri olan ənənəvi “Saciçi yeməyi”nin reseptini təqdim etməklə yanaşı, onun ölkəmizin qədim, tarixi məkanlarından olan Lahıc misgərlərinin hazırladığı xüsusi saclarda bişirildiyini də diqqətə çatdırır.
Jurnalda, həmçinin milli mətbəximizin ləziz təamlarından
olan düşbərə, qutab
və digər yeməklər barədə məlumat verilir. Müəllif düşbərə, ət
və göyərti qutabının içində istifadə olunan inqrediyentləri, hazırlama
qaydasını izah edir.
Mədəniyyət.- 2018.- 17
avqust.- S. 7.