Kulinarlarımızın
növbəti uğuru
Azərbaycan
Milli Kulinariya Assosiasiyası (AMKA) və Azərbaycan Milli
Kulinariya Mərkəzinin (AMKM) əməkdaşları
Türkiyənin Məngən şəhərində Beynəlxalq
aşpazlıq və turizm festivalında və Rusiyanın
Yekaterinburq şəhərində baş aşpazların
toplantısında iştirak ediblər.
AMKA-nın prezidenti Tahir Əmiraslanov bildirib ki, Türkiyədə keçirilən festivalda 9 ölkə iştirak edib. Azərbaycan aşpazlar Emil Əliyev və Maksim Qolovinin hazırladıqları yeməklər birinci yer tutaraq qızıl medal və kuboka layiq görülüb. İkinci yeri Malayziya komandası, üçüncü yeri Özbəkistan komandası tutub.
Yekaterinburq şəhərində
dünyanın digər tanınmış aşpazları ilə
birlikdə keçirilən usta siniflərində
həmyerlimiz Ziya Şahbazov
fərqlənib və diplomla təltif olunub.
Mədəniyyət.- 2018.- 17
avqust.- S. 7.