Nazillidən Masallıya könül körpüsü

 

Türkiyənin Aydın vilayətinin Nazilli rayon bələdiyyəsinin nümayəndə heyəti Masallıda səfərdə olub. Rayon İcra Hakimiyyətində türkiyəli qonaqlarla keçirilən görüşdə Milli Məclisin deputatları Qənirə PaşayevaSona Əliyeva iştirak ediblər.

İcra başçısı Rafil Hüseynov Masallının tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi inkişafı, mədəniyyəti, əhalinin məşğulluğu barədə qonaqlara məlumat verib. Görüşdə çıxış edən Nazilli bələdiyyəsinin sədri Haluk Alıcık, millət vəkilləri Qənirə PaşayevaSona Əliyeva Türkiyə-Azərbaycan dostluğundan danışıblar.

Türkiyəli qonaqlar Masallının tarix və mədəniyyət abidələri ilə tanış olub, rayonun mənzərəli yerlərinə baş çəkiblər.

Tədbir Heydər Əliyev parkında “Nazillidən Masallıya könül körpüsü” adlı konsert proqramı ilə davam edib.

Konsertdə respublikanın tanınmış incəsənət ustaları ilə bərabər, qardaş ölkədən gəlmiş folklor qrupu, Masallının “Halayfolklor qrupu, rayon Uşaq incəsənət məktəbinin rəqs qrupu, Mədəniyyət mərkəzinin bədii özfəaliyyət kollektivləri maraqlı proqramla çıxış ediblər.

 

Mədəniyyət.- 2018.- 17 avqust.- S. 9.