“Dastanlarımız el aşıqlarının dilində”

 

Ağstafa  Regional Mədəniyyət İdarəsi Qazax rayon MKS-nin təşkilatçılığı ilə Yuxarı Salahlı kənd 1 və 2 saylı kitabxana filialları “Dastanlarımız el aşıqlarının dilində” adlı ədəbi-bədii kompozisiya keçirib. Yuxarı Salahlı kənd Folklor evində keçirilən tədbirdə S.Vurğun Poeziya evinin kollektivi, Z.Mahmudov adına kənd tam orta məktəbin şagirdləri, kənd sakinləri və  fəal oxucular iştirak edib.

Tədbiri açan mədəni təşkilatçı Nuranə Hacıeyyubova dastanlar haqqında qısa məlumat verdikdən sonra söz gənc aşıqlara verilib.

Xaliq Hacıeyyubov, Qurban Süleymanov, Rəsul Süleymanov, Əkbər Axundov, Kənan Zeynalov, Əli Umudlu dastanlardan parçalar söyləyiblər.

Sonda tədbir iştirakçıları “Dastanlarımız el aşıqlarının dilində” adlı kitab sərgisi ilə tanış olublar.

 

Mədəniyyət.- 2018.- 17 avqust.- S. 9.